Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sözçüsü Sahil Babayevin fəaliyyətini korlayır— Nazirliyin işində yanlış olan nədir?

Sahil Babayev iş görür, sözçüsü isə fəaliyyəti korlayır — Nazirliyin işində yanlış olan nədir?

Ölkədə hər kəsin diqqət mərkəzində olan əsas qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir. Çünki bu nazirliyin fəaliyyəti bütün vətəndaşların həyatına birbaşa təsir edir və nazirliyin missiyası da dövlətin sosial siyasətinin lokomotiv rolunu oynamaqdır.

Yenixeber.org: Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev də daim “dövlət siyasətinin mərkəzində vətəndaş dayanır” prinsipini əsas götürür. 2018-ci ildə ölkədə Prezidentin başladığı genişmiqyaslı islahatlar kursu sosial sahəni də tam olaraq əhatə etdi və təsadüfi deyil ki, məhz həmin il dövlət başçısı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində kadr dəyişikliyini də həyata keçirdi. Beləliklə, Səlim Müslümov vəzifəsindən azad edildi, Sahil Babayev yeni nazir təyin olundu.

2018-ci ildən sonra həyata keçirilən sosial islahatlar paketi qısa müddətdə vətəndaşların sosial rifahının yüksəlməsi ilə nəticələndi.

12 min 200-dən çox şəhid ailəsinə 11 min manat birdəfəlik ödəniş edildi, həmçinin, şəhid ailələrinin müavinətləri 300 manata qədər artırıldı. Bununla yanaşı, minimum əmək haqqı və minimum əmək pensiyaları 38 faiz artırıldı. Növbəti addımda minimum aylıq əmək haqqı, minimum pensiya və sosial müavinətlər 40 faiz artırıldı. Beləliklə, qısa müddətdə ümumi artım 80 faizə çatdırıldı.

2020-ci il COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da həyat səviyyəsinə təsirsiz ötüşmədi. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanda dövlət əsas yükü öz çiyinlərinə götürdü. Özəl sektorda çalışanların əmək haqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi, 300 min muzdlu işçinin əmək haqlarının əsas hissəsi verildi. Karantin dövründə 600 min vətəndaşa aylıq ödənişlər edildi. Xüsusi həssas təbəqələrə hərtərəfli dəstək göstərildi.

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd və sair) 2,3 milyon şəxs alır. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı. Ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artaraq, ümumilikdə 80 min ailənin 330 min üzvünü əhatə etdi. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilirdi. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verildi. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldı və s.

Dövlətin sosial siyasəti hazırda davam edir. Prezident İlham Əliyevin əmək haqları, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı sonu qərarı da bunu təsdiq edir.

Təbii ki, dövlətin genişmiqyaslı sosial siyasətinin icra edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, birbaşa nazir Sahil Babayevin üzərində böyük iş düşür. Əslində Prezidentin Sahil Babayevə etimad göstərməsinin səbəbi də budur. Keçmiş nazir Səlim Müslümovun postundan çıxarıldıqdan sonra barmaqlıqlar arxasına getməsi göstərdi ki, bu nazirlikdə ciddi nöqsanlar var və bu problemlər təkcə dövlət vəsaitinin talan edilməsi ilə yox, həm də vətəndaşların dövlətdən narazı olması ilə nəticələnir.

2018-ci ildən sonrakı dövrdə bu neqativlərin ciddi şəkildə aradan qalxdığı müşahidə olunur. Çünki Prezident İlham Əliyevin sosial siyasətinin icrasının kimlər tərəfindən aparılması da ən vacib məqamlardan biridir. Səlim Müslümov bunu icra edə bilmədiyi üçün vəzifəsindən çıxarılmışdı, Sahil Babayev isə üzərinə düşən işi peşəkar formada həyata keçirdiyini deyə bilərik.

Dövlətin vətəndaşa yönəlik sosial siyasəti belə demək mümkünsə birbaşa ünvanına çatır. Bunu sosial müavinətlərin, pensiyaların vaxtında ödənilməsində, xüsusi həssas qrupların ehtiyaclarının vaxtında öyrənilməsi və təmin edilməsində, vətəndaşların sosial problemlərinin həllində görmək mümkündür. Hətta Vətən müharibəsi şəhidlərinin ailələrinə dövlət dəstəyinin vaxtında çatdırılması, qazilərimizin problemlərinin həll edilməsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, birbaşa nazir Sahil Babayevin şəffaf fəaliyyəti aydın görünür.

Amma və lakin…

Niyə mediada Sahil Babayev haqqında neqativ rəylər yaranır?

Ədalət naminə deyək ki, əməllərinə görə həbsxanada olan sələfi ilə hazırki nazirin fəaliyyəti arasında yerlə-göy qədər fərq var. Bunu görmək üçün 2018-ci ildən sonrakı dövrə nəzər yetirmək kifayətdir. Lakin həm dövlətin sosial siyasətinin, hə də nazir Sahil Babayevin bu siyasətini doğru icra etməsinin cəmiyyətə çatdırılmasında yanlışlıq var. Əksər jurnalist həmkarlarım da təsdiqləyər ki, bu gün böyük media cameəsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbovdan ciddi narazılıqları var. Çünki Fazil Talıbov media ilə işləmək vəzifəsini düzgün yerinə yetirmək əvəzinə, özünü məmur kimi aparır və jurnalistlərin ehtiyacı olan informasiya təminatını ya yerinə yetirmir, ya da işini yarımçıq görür.

Nazirliyin mətbuat katibi həm də buraxdığı səhvlərlə məşhurdur. Misal üçün, pandemiya dövründə 190 manat ödənişin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamalar cəmiyyətdə çaşqınlıq və narazılıq yaratmışdı. Halbuki, narazılığa səbəb sosial siyasətin dəyişməsi yox, mətbuat katibinin çoxmənalı açıqlamaları idi. Belə nümunələri çox sıralamaq olar.

Nəticə etibarilə indi nazir Sahil Babayavin gördüyü işlərlə onun mətbuat xidməti rəhbərinin gördüyü işlər arasında ziddiyyətlər var. Nazir vətəndaşlara xidmət edir, mətbuat katibi isə açıqlamaları ilə insanlarda narazılıq yaradır. Əsas narazı təbəqələrdən biri də məhz jurnalistlərdir, çünki nə doğru-düzgün informasiya təminatı var, nə də açıqlama. Sahil Babayev haqqında yanlış mənfi rəyin yaranmasının əsas səbəbi də elə mətbuat xidmətinin işini düzgün görə bilməməsidir./demokrat.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam