Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TÜRKİYƏ ORDUSU 35 MİNLİK QÜVVƏ İLƏ HÜCUMA HAZIRLAŞIR -Hərbi texnika kalonu sərhədi keçdi

Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır.

Yenixeber.org: “Haber7” portalının bildirdiyinə görə, 35 minlik qüvvə ilə keçiriləcək yeni əməliyyat terrorçu kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.

“Bloomberg” agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına “yüzlərlə” hərbçi göndərdiyini də xəbər verib. 

“Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib”,-məlumatda deyilir.

Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.

Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. “Voennıy obozrevatel” Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır.

Su-35S hava döyüşü üçün ən yaxşı təyyarələrdən hesab edilir və eyni vaxtda 30 hədəfi 400 kilometrə yaxın məsafədən izləyə bilir. Modernizə edilmiş və yüksək manevr qabiliyyətinə malik qırıcılar “hava-hava” və “hava-yer” raketləri ilə təchiz olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam