Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan 5 hərbi əsirin əvəzinə nə aldı? –AKTUAL ŞƏRH

Fərhad Məmmədov: "Azərbaycanın qərb rayonlarından Naxçıvana dəmiryolu ilə yanaşı, avtomobil yolu olacaq"

Yenixeber.org: Oktyabrın 19-da Azərbaycan daha 5 erməni hərbi əsiri geri qaytarıb. Bununla da müharibədən sonra qarşı tərəfə təhvil verilən hərbi və mülki şəxslərin sayı 114-ə çatıb. Onların bir hissəsi ötən ilin dekabrında Xocavənddə və mayda Kəlbəcər rayonu ərazisində Azərbaycan ordusuna qarşı diversiya hücumu zamanı tərksilah edilmişdi.  

Əsirlərin qaytarılması prosesinə bu dəfə də Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sabiq komandanı Rüstəm Muradov rəbərlik edib. Onunla birlikdə Bakıdan İrəvana uçan təyyarədə əsirlərdən Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan Vanoevich, Hovsep Manukyan, Sedrak Soqomonyan olub. Onlar Bakıda keçirilən məhkəmə prosesində az ağır cinayətlərə görə mühakimə olunublar. Təyyarəni qarşılayanlar içərisində Rusiyanın İrəvandakı səfirinin də olması diqqət çəkib. 

Əsirlərin hansı səbəbdən geri qaytarılması ilə bağlı Azərbaycandan hər hansı rəsmi açıqlama verilməyib. Amma şübhəsiz ki, bu addım  Azərbaycan və Ermənistan arasında cərəyan edən proseslərin tərkib hissəsidir. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 12-də Rusiya Prezidenti Vldamir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olub. Kremldə keçirilən görüşdə ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə olunub. Ekspertlərin qənaətinə görə, Putin  onun qarşısında 10 noyabr bəyanatının icrası, kommunikasiyaların açılması ilə bağlı konkret addımlar atmaq məsələsini qaldırıb. Bu görüşdən bir neçə gün sonra MDB dövlət başçsılarının onlayn zirvə görüşündə Paşinyan Azərbaycanın qərb hissəsi ilə Naxçıvana avtomobil yolunun açılması ilə bağlı razılaşdıqlarını ifadə edib. Bu açıqlamaya qədər Baş nazir həmin istiqamətdə ancaq dəmiryol xəttinin açılmasında israr edirdi. Ekspertlər Paşinyanın geri çəkilməsini Moskva görüşünün nəticəsi hesab edirlər.  

Qeyd edək ki, bu gün – oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan hökumətləri arasında üçtərəfli komissiyanın növbəti iclası keçirilir. Toplantıdan əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin başlanması barədə təəssüratlar yanlışdır. O əlavə edib ki, hazırda sənədlər öyrənilir, amma demarkasiya və delimitasiya üçün kontaktlar yoxdur. 

Qriqoryan erməni tərəfin kommunikasiyaların açılması barədə müəyyən təsəvvürlərinin olduğunu xatırladıb. Həmçinin danışıqlarda MDB-nin qəbul etdiyi hüquqi normaların əsas tutulacağını vurğulayıb. “Ermənistan tərəfinin kommunikasiyaların açılması prosesinin komponenti kimi dəmir yolu xəttinin açılması ilə bağlı müəyyən təsəvvürləri var. Müəyyən ideyalarımız var və anlayırıq ki, nizamlanma və sərhədlərin açılması MDB-nin hüquqi normaları əsasında həll olunacaq. Bundan başqa, avtomobil yolunun açılmasını da müzakirə etməliyik”. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə jurnalistlərə bildirib ki, indiyədək Ermənistan tərəfindən ziddiyyətli bəyanatlar verilib. O, üçtərəfli komissiyanın iclaslarının bir müddət dayandırıldığını da xatırladıb: “Ümid edirik ki, Ermənistan hökuməti tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq, əməli istiqamətdə də müsbət nəticələr əldə edəcəyik”.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ MDB sammitindəki çıxışında kommunikasiyaların açılması ilə bağlı bəyanat verib: “Orada açıqladı ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına dəmiryolu ilə yanaşı, avtomobil yolu da olacaq. Məncə, əsirlərin qaytarılmasının əsas səbəbi budur. Birincisi, bu məsələ Paşinyanın Putinlə görüşündən sonra meydana çıxdı. İlk addımı onlar atdılar, yəni bu bəyanatı verdilər. Sonda biz 5 nəfəri azad etdik. Bu gün isə Moskvada hökumətlərarası komissiyanın iclasıdır. Dünən Ermənistanın Baş nazrinin müavini də bildirdi ki, avtomobil yolunun açılması da müzakirə olunur. Mənə elə gəlir ki, 5 erməni hərbçinin azad edilməsi bu prosesin tərkib hissəsidir”.(pressklub)  

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam