Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakıda Ukrayna Mərkəzi açıldı-FOTOLAR

 

Bakıda Ukrayna Mərkəzi açılıb

Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda Ukrayna Mərkəzi açılıb.

Yenixeber.org: Mərkəzin qonaqları Ukrayna mədəniyyəti ilə yaxından tanış ola biləcəklər. Mərkəzdə Azərbaycan vətəndaşlarının Ukraynada təhsili üzrə mərkəz fəaliyyət göstərir. Tezliklə burada Ukrayna dilinin tədrisi kursları fəaliyyət göstərəcək. Burada həmçinin Ukrayna milli geyimlərini əldə etmək mümkündür.

Açılış mərasimində çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy bildirib ki, bu gün ikitərəfli münasibətlər baxımından xüsusi bir gündür. “Bu gün çoxdandır gözlənilən Ukrayna mərkəzinin açılışı oldu və fürsətdən istifadə edərək yerli icra hakimiyyətinə də minnətdarlığımı bildirmək istəyirəm, çünki bu gündən etibarən Bakıda artıq Ukrayna məhəlləsi var... Biz istərdik ki, daha çox ukraynalı və azərbaycanlı turizm biznesinin potensialı haqqında məlumatlı olsun, təkcə məlumat almaqla kifayətlənməsin, həm də mərkəzin bazasında təqdim ediləcək maraqlı layihələri özləri üçün həyata keçirsinlər”, - səfir deyib.

Onun sözlərinə görə, açılmış Mərkəzdə gələcəkdə tələbə mübadiləsi, həmçinin ilk növbədə İT sahəsində müasir ortaq tədqiqat proqramlarının icrası ilə əlaqəli layihələr həyata keçirmək planlaşdırılır.

Ukrayna Mərkəzinin açılışı çərçivəsində Turizm Assosiasiyasının rəhbəri Rauf Hacıyev və “Mirqorod” kurort-sanatoriya kompleksinin direktor müavini Dmirti Beloqrad arasında iqtisadiyyat, turizm və təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam