Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Azərbaycan tarixi qərar ərəfəsində -Bunu İran istədi

Aleksandr Nepomyaşiy: “Bir israilli kimi deyirəm: bu hələ dünən olmalı idi”

Aviqdor Eskin: “İran yaxşı bilir ki, Azərbaycan İraq deyil, Yəmən və Suriya deyil”

Yenixeber.org: İndi İranın hakim rejimi Azərbaycan dövlətçiliyinə münasibətini açıq şəkildə nümayiş etdirdikdə, Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasının mümkünlüyü barədə məsələni yenidən qaldırmaq olduqca məqsədəuyğundur. Dövlətlərimiz arasında uzun müddətdir diplomatik əlaqələr qurulub və İsrailin Bakıdakı diplomatik missiyası daimi fəaliyyət göstərir. Azərbaycan hələ bunu etməyib və ölkənin diplomatik dairələrində, anonim olaraq, həmişə belə bir addımın İranla münasibətlərimizi korlaya biləcəyi ilə izah olunur.

Ancaq son bir aydakı hadisələr göstərir ki, yəqin, bu səbəbi tarixin zibil qutusuna atmaq mümkündür, xüsusən də Tehranın özü buna məmurlarının ağzı ilə fəal şəkildə töhfə verir.

Əlavə olaraq unutmaq olmaz ki, İranın əhatəsində olan ölkələrdən Azərbaycandan başqa heç kim İsraildə öz diplomatik nümayəndəliklərinin olmasından çəkimir. Nə deyə bilərik, hətta İranın müttəfiqi Ermənistan da sakit və özü üçün neqativ nəticəsiz İsraildə səfirliyini açdı.

Sizcə, Azərbaycanın bu addımı atmasının vaxtı çatıbmı? Və bu, Tehranı ölkəmizə hücum etməyə cürətləndirəcək dərəcədə qəzəbləndirə bilərmi? Yoxsa orada hələ də müəyyən addımların ehtimal olunan nəticələrini hesablamağı bilən bir neçə praqmatist qalıb?

Mövzunu tanınmış İsrail ekspertləri ilə müzakirə etmişik.

Publisist Aleksandr Nepomnyaşiy:

 

“Azərbaycanın İsraildə səfirlik açmasının vaxtı çatıbmı? Bir israilli olaraq əminliklə deyirəm: bu, hələ dünən olmalıydı!

Azərbaycanlılarla yəhudilər arasında münasibətlərin həmişə yaxşı olduğunu desəm, yanılmaram, amma son illərdə təsiredici dərəcədə yaxınlaşma oldu.

Səfirliyin açılması təkcə ölkələrin yaxınlaşmasını təcəssüm etdirən simvolik bir addım deyil, ölkələrimizin şəxsi, biznes, turizm, elmi, mədəni və idman layihələri, başqa sözlə, hər iki dövlətin rifahı naminə daha da yaxınlaşmadır.

İran İsraildə Azərbaycan səfirliyinin açılmasına əsəbiləşəcəkmi? Aydındır ki, bəli. Bu, Azərbaycana qarşı hərbi qarşıdurmaya səbəb ola bilərmi? Məncə yox. Çünki İran rejiminin liderlərinin digər problemlərə əlavə olaraq bu cür problemlərə ehtiyacı olması ehtimalı azdır. Üstəlik, bir müddət əvvəl Azərbaycan öz ordusunun gücünü kifayət qədər açıq şəkildə nümayiş etdirdi.

Bundan əlavə, Tehran açıq şəkildə başa düşür ki, Azərbaycana təcavüz etdikləri təqdirdə, özünü Azərbaycanın maraqlarının himayəçisi kimi fəal şəkildə tanıdan Türkiyənin bir kənarda qalmaq ehtimalı yoxdur.

Azərbaycan rəhbərliyi öz maraqları naminə bu diplomatik düyünü aça biləcəkmi? Ümid edirəm ki, bəli”.

Publisist Aviqdor Eskin:

 

“Bu gün İsrail ilə Azərbaycan arasında hərbi və strateji əməkdaşlıq inkişaf etdirilib. İsrail də Bakıdan neft alır. Birgə kənd təsərrüfatı və tibb layihələri hazırlanır. Eyni zamanda ölkələrimiz arasında diplomatik münasibətlər keçmiş SSRİ respublikaları arasında ən aşağı səviyyədədir.

Azərbaycan BMT-də və digər beynəlxalq təşkilatlarda çox zaman İsrailə qarşı səs verir. Aparıcı ərəb ölkələrinin İsraillə sülh müqavilələri bağladığını nəzərə alsaq, bu, olduqca qəribə görünür. Müsəlman və ərəb ölkələrinin İsraildəki səfirliklərinin siyahısı getdikcə artır.

Azərbaycanın bu siyasətinin səbəblərini heç vaxt anlamamışam. Heç kim Bakıdan İsrailə tam dəstək gözləmir. Lakin ölkələrimiz arasındakı real münasibətlər yuxarıda göstərilən inersial addımlara yenidən baxılmasını tələb edir.

Tehrana gəlincə, molla rejimi tez-tez çox sərt ritorikadan istifadə edir. Eyni zamanda, İran liderləri hərbi məsələlərdə olduqca realistdirlər. İranın yanında, yaşayış səviyyəsi daha yüksək olan, bütün dinlər üçün azad bir müstəqil respublika olaraq, əsasən şiə olan Azərbaycanın mövcudluğu orada sinirləri pozur. İrandakı otuz milyon azərbaycanlı faktoru da var.

Buna baxmayaraq, İran yaxşı bilir ki, Azərbaycan İraq deyil, Yəmən və Suriya deyil. Deyə bilərik ki, Azərbaycan hərbi potensialın vacib parametrlərində İranı qabaqlayır. Bunda İsrailin müəyyən bir qatqısı var.

Bu gün müharibə təhlükəsi yoxdur və İsraildə səfirliyinin açılması bu yolda heç də çox əhəmiyyətli bir faktor olmayacaq. Tehran İsraillə Azərbaycan arasındakı diplomatik qarşılıqlı əlaqədən daha çox hərbi əməkdaşlıqdan narahatdır”.(AYNA)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam