Redaktor seçimi
Hacı Mazanı öldürmək istəyirlər, yoxsa o, Qarabağ Qazisini girov götürüb? - 
“Əmlakımız sifarişlə yandırılıb”-Baş prokurora MÜRACİƏT+
Nazir oğlunun Fransada 30 milyonluq villası üzə çıxdı: Formula-1-in pulları hara axıb?–
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-
“Mahmudov və 40 quldur” seriyasından: iş adamından 2 milyon dolların qoparılması...-
Bərdənin İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası…-
Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu-
“Zərdab Mərkəzi Rayon Xəstəxanası” maşınlarını belə təmir etdirir-
Günün xəbəri

Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi-dələduzluqda ittiham edir

FETÖ terror təşkilatına yardım ittihamı ilə Türkiyədə 5 il azadlıqdan məhrum edilən, cəzası yüngülləşdirilərək şərti azad olunan azərbaycanlı biznesmen, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov daha bir qalmaqalla üzləşib.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, bu dəfə Mənsimovun doğma qardaşı onu məhkəməyə verib və dələduzluqda ittiham edir.

Mübariz Mənsimovun qardaşı Marif Mənsimov tərəfindən İstanbul Cümhuriyyət Prokurorluğuna təqdim edilən şikayət ərizəsində “Palmali” şirkətinin rəhbərliyində yer alan Nuray N.P.-nin də adı keçir. Şikayət ərizəsinə əsasən Mübariz Mənsimov və Nuray N.P. etibardan sui-istifadə etməkdə, dələduzluqda günahlandırılır. Qardaşı ərizəsində yazır ki, Mübariz Mənsimov “ictimaiyyətə də bəlli olan çirkli əlaqələrin içərisinə girib, ehtiyac olmadığı halda dövlət adamları ilə yaxın münasibətləri olduğunu deyərək iş dünyasının təmsilçilərini və bankirləri aldatmağa çalışıb”. Bu haqda “Doğan” xəbər agentliyinin (DHA) məlumatında deyilir.

 

Marif Mənsimov ərizəsində göstərir ki, 2018-ci ilə qədər “Palmali” qrupunun rəhbərliyində təmsil olunub, şirkətdə gəmiçilik və daşımaçılıq fəaliyyətlərini idarə edib. Və qardaşının çirkli əlaqələrinə, birlikdə iş qurduğu adamları aldatmasına etiraz edərək şirkətdəki bütün vəzifələrindən istefa verib.

Marif Mənsimov göstərir ki, Mübariz Mənsimov dələduzluq yolu ilə bir gəmini üç ayrı adama satıb, sələmçilərlə və mafiya ilə yaxın əlaqələr qurub . Habelə erməni əsilli mafiya lideri Levon Termencyan və çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən axtarılan, Avstriyada bu yaxınlarda həbs olunan Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın işbirliyi içərisində olub. Mübariz Mənsimov (Qurbanoğlu) habelə Rusiyanın “Sberbank” bankı, “Lukoil” şirkəti kimi xarici şirkətləri, o cümlədən yerli şirkətlərin zərərlə üzləşməsinə səbəb olan saxtakarlıqlar edib.

 

“Etdiyi qanunsuzluqlar və ilk növbədə dövlətə, cəmiyyətə zərər verən bu insanların layiqli cəzalarını alması üçün bu şikayət ərizəsini verməyə məcburam”,-Marif Mənsimov yazır.

Mənsimovun qardaşı habelə bildirir ki, Mübariz və Nuray əlbir olaraq bir çox saxtakarlıqlar ediblər, çoxsaylı adamlara zərər vurublar. Onları saxta vədlərlə aldadıblar. Marif Mənsimov qardaşından 17 il əvvəl satın aldığı Beşiktaş Ulusdakı villasının da sənədlərini indiyədək ondan ala bilmədiyini yazır. Ərizədə göstərir ki, Mənsimov bu villanı borclarının əvəzində banka girov qoyub.(virtualaz)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam