Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Laçın təlimləri Xankəndidə təşvişə yol açdı: Bakı və Ankara hansı mesajları verdi?

Azərbaycan və Türkiyə hərbçilərinin Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlərə başlaması Qarabağ separatçılar arasında təşviş yaradıb.
Yenixeber.org: Xankəndindəki qeyri-qanuni qurum bunu  rəsmən bəyan edib. 
Qondarma “DQR” “prezindenti”nin mətbuat katibi Lusin Avanesyanın erməni mediasına verdiyi açıqlamaya görə, Laçin təlimi xəbəri Xankəndində ciddi təhdid kimi qəbul olunub və separatçılar Azərbaycan və Türkiyənin hərəkətlərini diqqətlə izləyirlər: “Biz buna yeni çağırış kimi baxır və yeni reallıqları siyasətimizi qurarkən nəzərə alırıq", - Avanesyan belə deyib.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Laçın təlimləri iki qardaş ölkə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.
 
“Təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
 
Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib”, - Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir.
 
Rəsmi açıqlamada Azərbaycan və Türkiyə arasında bağlanan hansı sənədə əsaslanıldığı açıq bəyan olunmasa da, bir neçə ay əvvəl Şuşada bağlanan əməkdaşlıq sazişində hərbi yardımlaşma və birgə təlimlərin keçirilməsi də nəzərdə tutulurdu.
 
Təlimin Laçında keçirilməsi də təsadüfi deyil və erməni separatçılarına açıq mesaj ehtiva edir. İki qardaş ölkə bu ortaq təlimlə ermənilərə və hamilərinə insaniyyət duyğularımızdan sui-istifadə hallarına sonsuza qədər laqeyd qalmayacağımızı, belə davam edərsə, humanitar məqsədlə açdığımız Laçın dəhlizi nəfəsliyinin hər an bağlana biləcəyini çatdırmaq istəyib. Xankəndindən gələn ilkin siqnallar erməni separatçılarının bu mesajl düzgün "oxuduqlarını" göstərir.

Xatırladaq ki, ötən il böyük qələbə ilə nəticələnən 44 günlük müharibə ərəfəsində də Azərbaycanla Türkiyə arasında hərbi təlimlər keçirilmişdi.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam