Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı-QƏRAR

Ötən il aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Təqsirləndirilənlərdən yalnız N.Niftiyev həbsdədir. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məlumata görə, N.Niftiyev sədrlik dövründə yalnız 3 arayışa imza atıb. İttiham aktında isə 4 arayış verdiyi qeyd olunub. 4-cü arayış iş yerini təsdiq edən sənəd kimi Rəhimə Zeynalova adlı bələdiyyə əməkdaşına verilib.

İstintaqı aparan müstəntiq iş yerini təsdiq edən arayışı karantin dövründə hərəkət hüququ qazanmaq üçün verilən sənəd kimi işə əlavə edib.

Lakin bu, hərəkət hüququ qazandırmaq üçün deyil, məşğul olduqları fəaliyyət sahəsini təsdiq etmək üçün verilib. Hər 3 arayışda qeyd olunub ki, pandemiya dövründə hərəkət hüququ qazanmaq üçün icaze.gov.az saytında qeydiyyatdan keçsinlər. Bu 3 arayışın 2-də məişət tullantılarına borca görə ayrı-ayrılıqda 19 və 30 manat məbləğində ödəniş alınıb.

Qeyd edək ki, bu formadan təkcə Binəqədi bələdiyyəsi deyil, bütün bələdiyyələr, MKİS-lər, kooperativlər istifadə edib.

Binəqədi bələdiyyə qəsəbəsi məişət tullantılarının daşınmasına görə, Bakı şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı departamentinə 18 min manatdan çox nağd vəsait ödəyib. Qəsəbə ərazisində iri məişət tullantıların daşınmasına görə isə 3500-4000 manat məbləğində vəsait xərclənib. Bu məbləğin hamısı bələdiyyə tərəfindən ödənilib.

Bütün bu faktları təsdiq edən sənədlər, foto və videolar istintaq orqanına təqdim edilib.

Ötən ilin 23 dekabrda N.Niftiyevin müdafiəçisinin verdiyi vəsatətə baxmadan ittiham aktı tərtib edilib və imzalanıb. Cinayət-Prosessual Məcəlləsinin 287.1 maddəsinə əsasən cinayət prosesi iştirakçının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saata kimi vaxt verilə bilərdi.

İttiham aktında qeyd olunur ki, Niyaz Niftiyev vəzifədə olan zaman bir gündə əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb.

Niyaz Niftiyev bu iddianı qəbul etmir. Bu barədə faktları, sənədlərin surətini istintaqa təqdim edib.

İttiham aktında qeyd olunur ki, Mətanət Nəsibovanın imzasını oxşatmaqla çəkdiyi digər 13 arayışdan hər hansı bir ödəniş alınmayıb.

Rəsmi ittihamda yazılır ki, N.Niftiyev bu hərəkəti nüfuz qazanmaq üçün etdiyini deyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayışın hər birini 30 manata satmaqda suçlanırlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Bu gün baş tutan məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin əməllərinin Cinayət Məcəlləsinin 311 (Rüşvət alma, passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində 309-cu (vəzifə səlahiyyətləri aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə tövsif edilməsini istəyib.

Prokuror Niyaz Niftiyevin 2 il 6 ay sınaq müddəti olmaqla şərti cəza təyin edilməsini istəyib.

Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslərə də şərti cəza təyin edilməsini istəyib.

Vəkillər müdafiə çıxışında Niyaz Niftiyev barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Müdafiəçilər bildiriblər ki, Niyaz Niftiyevin ictimai nüfuzu və ictimai fəaliyyəti var. Vəkillər qeyd edib ki, Niyaz Niftiyevin ictimai fəaliyyəti ilə tanış olan, onu tanıyan şəxslər onun günahsız olduğunu bilir.

"Amma onu tanımayan insanlar düşünür ki, Niyaz Niftiyevin həbsdədirsə, demək ki, günahkardır. Buna görə də məhkəmə Niyaz Niftiyevə bəraət hökmü verilməklə onun ictimai nüfuzunu qorumalıdır"- deyə vəkillər qeyd edib.

Niyaz Niftiyev və digər təqsirləndirilən şəxslər də məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Niyaz Niftiyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslər də şərti cəza alıb.(musavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam