Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Saxta COVİD-19 pasportu verənlərə cinayət işi açıldı-FOTO

Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. 

Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVİD-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir.
Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam