Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Üç mindən çox abituriyent niyə imtahana qatılmayıb? -SƏBƏBLƏR

Yenixeber.org: Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul tarixlərində keçirilən imtahanların nəticələri açıqlanıb. Maraqlıdır ki, imtahanlarda iştirak etməli olan 22679 nəfərdən 3437-si imtahana gəlməyib. Bu, kifayət qədər yüksək rəqəmdir. 

Görəsən, həmin abituriyentlərin imtahana qatılmasına nə mane olub?

Təhsil eksperti Kamran Əsədov iyulun 1-2-də Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün imtahanın birinci mərhələsinin keçirildiyini söylədi:

“Həmin gün digər bir neçə imtahan da keçirildi. Əsas imtahan isə məhz əvvəlki illərin məzunları üçün keçirilən imtahan idi. 3400-dən çox şəxs imtahanlarda iştirak etmədi. Bu imtahanlar ümumi imtahanların birinci mərhələsi hesab edilməklə bərabər, həm də imtahanın birinci mərhələsində maksimum 300 bala qədər toplanmalı bal sözügedən mərhələdə əldə edilməli idi”.

Ekspert qeyd etdi ki, 1-2 iyulda keçirilən imtahanlarda 3 mindən çox şəxsin iştirak etməməsinin əsas səbəbi əvvəlki illərin məzunlarının 2020-ci il imtahan nəticələrinin olması ilə bağlıdır:

“Dövlət İmtahan Mərkəzinin yeni qaydalarına görə, imtahanın birinci mərhələsi, yaxud da buraxılış imtahanları iki tədris ili ərzində qüvvədə olur. Yəni 1 – 2 iyulda keçirilən imtahanlarda iştirak etməyən şəxslərin əvvəlki illərdə imtahan nəticələri var idi. Ona görə də həmin nəticələrinin aşağı düşməsindən narahat olanlar imtahanlarda iştirak etməyiblər. Halbuki imtahanlardan hansının nəticəsi yüksək olsaydı, avtomotik olaraq Dövlət İmtahan Mərkəzinin elektron sistemi həmin imtahanın nəticəsini götürəcəkdi. Hərbi xidmətdən möhlət hüququ olmayan şəxslər də imtahanlarda iştirak etməyib. Bu da iştirakçıların sayına təsir göstərib”.

K. Əsədov abituriyentlərin imtahanlarda iştirak etməmələrinin üçüncü vacib səbəbinə də toxundu:

“Abituriyentlər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahanlarda iştirak edirlər. İyul ayına qədər xarici ölkələrdən qəbul alanlar da bu imtahanlarda iştirak etməyiblər”.

Təhsil eksperti sonda vacib məqamı da vurğuladı:

“Bütün hallarda həmin üç min nəfərdən çox şəxs əvvəlki illərdə imtahanlarının nəticəsi olduğu üçün blok imtahanlarında iştirak edə biləcəklər. Eyni zamanda, müsabiqə şərti əvvəlki illərin nəticələri əsasında ödənilibsə, onlar bu il keçiriləcək imtahanlardan sonra ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə biləcəklər”.

Qeyd edək ki, 15 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam