Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Son zəng” belə qeyd olunacaq-QAYDALAR

              Sabah Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” qeyd olunacaq.

Yenixeber.org: Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Nazirlik bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam