Yenixeber.org: Biz Əli Həsənovu hələ vəzifədə olarkən tənqid edirdik. Onun ifşa edilməsi üçün silsilə yazılarım cəmiyyətdə böyük rezonans doğurmuşdu. Yadımdadır, Rövşən Məmmədov həmin vaxtlar Əli Həsənovun can-fəşanlığı ilə AzTV sədirinin səlahiyyətlərini icra edirdi. Hələ o dövrdə televiziyada işləyən həmkarlarım deyirdi ki, yazılarımla tanış olanda Rövşənin gözləri bərəlir, hədəqəsindən çıxır, nə baş verdiyini anlamağa çalışırdı. Yaxın əyan-əşrəfinə isə deyirdi ki, gör bu Fadil nə qədər cızığından çıxıb ki, müqəddəs insanı tənqid edir, ona böhtan atır. Bəli, Əli Həsənov onun üçün müqəddəs idi, sevimi idi, arxa-dayağı idi. Amma içində şübhə də yaranmışdı. Elə ona görə də Əlinin 2019-cu ildə İTV-də işləmiş qardaşı oğlu Elçin Həsənova zəng edib soruşurmuş ki, müəllimin vəziyyəti doğrudanmı pisdir? Elçin isə cavab verib ki, narahat olma, əmim hələ ən azı 5 il işləyəcək. Bunu niyə xatırladım? Sonradan Rövşən Əli Həsənovun adamı olmaması barədə müxtəlif dairələrdə and içib sübut etməyə çalışdı ki, üstünə şər-böhtan atırlar. Sən demə, onun Həsənova heç bir aidiyyəti yox imiş.
Amma bu o şəxs idi ki, yaxın adamlarını əmin edirdi ki, narahat olmayın, Əli Həsənovu görüm-baxım etmişəm, o bizim arxamızda duracaq. Bəli, onun Əli Həsənova verdiyi pullar milyonlarla ölçülür. İlkin olaraq yaxınlarının evini banklarda girov qoymaqla və digər vasitələrlə pul toplayan Rövşən Məmmədov tərəfindən Əli Həsənova bir milyon manat pul verildiyi barədə məlumatlar dolaşır. İndi fürsətdir. Dövlətimizin aidiyyəti strukturları inanıram ki, onun əlbəəl Əli Həsənova nə qədər pul verdiyini dəqiqləşdirəcəklər.Tenderlərdə Əli Həsənova yaxın şirkətlərə üstünlük verildiyini müəyyən edəcəklər.
Bu gün də Azərbaycan Televiziyasında işçilər qan ağlayır. Rövşən yenə verilişləri ikiaylıq bağlayıb. Onsuz da az qonorar alan yaradıcı heyəti pulsuz qoyub. Mənə elə bu yaxınlarda zəng edib soruşurlar ki, axı görəsən, buna onu nə vadar edir? Niyə işçilərə qarşı bu qədər amansızdır?
İdman TV-də də vəziyyət olduqca dözülməzdir. İnsafən qeyd edək ki, Rövşən Məmmədovdan qabaq bu kanal futbol azarkeşlərinin sevdiyi ən yaxşı televiziya idi. Çünki kanalda İngiltərə, Almaniya, İtaliya, İspaniya, Çempionlar liqasi, Avro liqa eyni ildə nümayiş olunurdu. Bütün bunlara görə isə illik orta hesabla 2 milyon avroya yaxın pul ödənilirdi. Hələ voleybol, güləş, boks, karate, taekvando və cüdo üzrə hər il keçirilən Avropa, dunya çempionatları da göstərilirdi. Rövşənin rəhbərlik etdiyi dönəmlərdə bunların heç biri İdman TV-də nümayiş olunmayıb. Tək birillik İngiltərə çemionatı alınsa da, AzTV pulunu tam ödəyə bilmədiyinə görə, Saran şirkəti yayımı yarımçıq saxladı. Verilən məlumatlarda bildirilir ki, televiziyanın hazırda təkcə Saran şirkətinə 2,5 milyon avrodan cox borcu var. Heç bir yarış da nümayiş olunmayıb. Xəbərlərdə qeyd olunur ki, AzTV 300 min avro İngiltərə cempionatına görə ödəməlidir. 400.000 avroya qədər isə iki illik “Formula 1” yarışına görə xərcləməli idi.
Onun Gimnastika üzrə beynəlxalq yarışları yayımlamaq üçün gizli şəkildə pul aldığı deyilir. Sual olunur, bəs yaxşı, İdman TV üçün nəzərdə tutulan 11 milyon manat hara gedir? 60 nəfər işçisi olan kanalın üçüncü ildir rəhbəri yoxdur. İdman TV-də illik əməkhaqqı hər işçiyə orta hesabla 1000 manatdan götürsək, ilə 720.000 manat edir. Amma sözügedən kanalda çox az əməkdaş 1000 manat məvacib alır.
Bu müddət ərzində nə qədər əməkdaş, jurnalist aldadılıb. Çox təəssüflər olsun ki, yaxınlarına ciddi tapşırıb ki, soruşan olanda desin ki, bütün bunlar köhnə borclardır.
Hazırda AzTV-də yoxlamalar davam edir. Yəqin ki, yaxın müddətdə Palatanın rəsmi açıqlaması ilə tanış olacağıq. Amma adım qədər əminəm ki, Rövşən Məmmədovun rəhbərliyi altında televiziyanın büdcəsi tar-mar edilib. Özünə, anasına aldığı villalar, şəhərin mərkəzində evlər, bahalı maşınlar barədə hər kəs bilir. Birinin şəklini sizin də diqqətinizə çatdırıram.
Sumqayıtın Corat qəsəbəsində anası üçün tikdirdiyi bu villanın qiyməti 200 min manat civarındadır. Hələ Mərdəkanda və şəhərin mərkəzində tikdirdiyi evləri demirəm. Gələcək yazılarımızda bu barədə daha müfəssəl məlumat verəcəyik.
Bu var-dövləti Rövşən Məmmədov əməkdaşların haqlarını yeməklə əldə edib. Neçə-neçə operatorların, montajçıların kartlarına əlavə pul köçürməklə mənimsənilən vəsaitləri yəqin ki, Palata tam müəyyənləşdirəcək. Rövşən Məmmədovun tender, kotirovka sorğusu adı altında mənimsədiyi milyonlara görə cavab verəcəyi şübhəsizdir.
İndi artıq kollektivin əksəriyyəti də belə düşünür ki, texniki işçilərə qanunsuz qonorarların yazılması, reklam işlərində qanunsuzluqlar, işçilərin qeyri-qanuni olaraq maaşlarından tutulmalar, studiyaların tikintisində yol verilən mənimsəmələr və digər adını çəkmədiyim maxinasiyalar onun bu dövlətə, xalqa, ölkə başçısının ona olan etimadına göstərdiyi saymazlığın bir nümunəsidir
Bu işdə onun yardımçısı olan Ranar Musayev, Nazilə Babayeva, Sərvər Bayramov ayrıca dindirilməlidir.
Çünki bu şəxslər də AzTV-yə gələndən sonra hədsiz varlanıblar. Yığılan bu sərvətlər isə dövlətin qabığından çıxıb.
İndi isə onların qabığından çıxacaq. Büdcəni taladıqlarına görə, əməkdaşların haqqını yediyinə görə.
(Ardı var)
Fadil Paşayev (konkret.az)