Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rus kəşfiyyatının "zəhər zənciri" - Navalnını öldürmək istəyənlər Bıkovu da aradan götürməyə çalışıblar

 

İki il öncə rusiyalı yazıçı və şair, hökumətin tənqidçisi Dmitri Bıkovu zəhərləyən gizli agentlər, müxalifətçilər Aleksey Navalnı və Vladimir Kara-Murzanın zəhərlənməsində şübhəli bilinən şəxslərdir. Bu haqda “Bellingcat” və “The Insider” müstəqil araşdırmaçı qrupları detallı tədqiqat açıqlayıblar.

Yenixeber.org: İyunun 10-da "Azadlıq" raiosunda dərc olunan hesabatda bildirilir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) üzvlərinin səyahətləri ilə tanınmış ictimai xadimlərin zəhərlənməsi, yaxud ölümləri arasında ciddi əlaqə müəyyənləşdirilib. Bu sıraya müxalifətçi Kara-Murzanın iki dəfə az qala ölümlə nəticələnəcək zəhərlənməsi, Qafqazda iki insan haqları fəalı, eləcə də bir antikorrupsiya fəalına hücumlar daxildir. Bıkov Rusiya hökumətinin açıq tənqidçisidir, iki dəfə Prezident Vladimir Putinin ölkənin mədəni elitası ilə görüşə qatılmaqdan imtina edib.

“Dmitri Bıkovun ehtimal edilən zəhərlənməsi ilə Aleksey Navalnı işində böyük oxşarlıq var...”, – deyə qruplar zəhərlənmədən öncə eyni FSB zabitlərinin qurbanın yanında olmasını, zəhərlənmənin simptomlarını, uçuş zamanı komaya düşməni və sairəni misal gətirirlər.

Bıkov Rusiyanın Krımı ilhaq etməsinə və Ukraynanın şərqinə müdaxiləsinə qarşı çıxırdı. O, 2019-cu ilin aprelində Yekaterinburqdan Ufaya gedən təyyarədə xəstələnib. Bıkov Ufaya endirilən təyyarədən xəstəxanaya aparılıb, orada uzun müddət müalicə olunub. Rəsmi diaqnoz açıqlanmasa da, Bıkov zəhərləndiyini deyib.

“The Insider”in baş redaktoru Roman Dobroxotovun iyunun 9-da “Current Time”a deyib ki, onun qrupu “Bellingcat” ilə birlikdə FSB-nin Bıkovu zəhərlənməzdən öncə azı bir il daimi izlədiyini aşkarlayıb. Dobroxotovun sözlərinə görə, zəhər yazıçının paltarına o, Novosibirskdə Domina Otelində qalan zaman sürtülüb.

“Bellingcat” və “The Insider” Navalnının zəhərlənməsində əli olduğu güman edilən FSB zabitlərinin səfərlərini izləyəndən sonra Bıkovun zəhərlənməsini araşdırmağa başlayıblar.

Navalnı ötən ilin avqustunda Sibirdə "Noviçok" sinir qazıyla zəhərlənib. Onun zəhərlənməsini Avropanın bir sıra laboratoriyaları təsdiqləyib. Navalnı bir neçə ay Almaniyada müalicə alandan sonra bu ilin yanvarında Rusiyaya qayıdarkən aeroportda saxlanıb. O, hazırda həbs cəzası çəkir. Özü və tərəfdarları ona ittihamları siyasi motivli sayır.

Kara-Murza isə 2015 və 2017-ci illərdə Moskvada zəhərləndiyini deyir. Səbəb kimi insan haqları pozuntularında əli olduğu bildirilən Rusiya rəsmilərinə qarşı ABŞ sanksiyaları üçün lobbiçilik etməsini göstərir. Hər iki halda rusiyalı həkimlər onun naməlum maddədən zəhərləndiyini bildiriblər.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam