Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abel Məhərrəmov ustalara 811 min manat ödəməlidir-MƏHKƏMƏ

 İyunun 9-da Bakının Yasamal rayon Məhkəməsi hakim Vidadi Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin sabiq rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmova qarşı iddianı təmin edib.

Yenixeber.org: İddiaya əsasən sabiq rektor 811 min manat vəsait ödəməli olacaq.

İddiaçıların sözlərinə görə, görülən işlərə Bakı Dövlət Universitetinin sabiq prorektoru Nəbi Ramazanlı rəhbərlik edib.

Yasamal Rayon Məhkəməsində İsmixan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi müəyyən edilib.

İddiaya görə, Bakı şəhəri, Süleyman Dadaşov küçəsində 4 mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən pilləkənlərin, mansardın quraşdırılması, şəbəkələrin hazırlanması və quraşıdırılması, istilik sistemi və digər işlər üçün 90300  manat ödməlidir. Rektor özünə məxsus olan “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də əmək haqqı kimi hesablanan 70000 manatdan cəmi 25 min manat ödəyib.

Abel Məhərrəmov həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kvadrat metr olan kitab mebeli, mətbəx mebeli üçün də ödəniş etməyib.

Sabiq rektor Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların hazırlanmasına görə yalnız 15000 manat ödənilib. Qalan 65000 manat ödənilməyib.

Akademik ustalara Nabranda da iş gördürüb, pulunu verməyib.

Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 manat olan qapıların quraşdırılması, 4000 kvadrat metr sahədə ümumi dəyəri 160000 manat olan üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20000 manat, barların yığılması üzrə ümumi dəyəri 15000 manat olan işlərin icrasına görə ödəməli olduğu 210000 manat əvəzinə cəmi 24000 manat verib. Rektor bu günə kimi 186000 manat borcunu ödəməyib.

Ümumilikdə Məhərrəmova qarşı bir neçə epizod üzrə 811 min manat pul iddiası irəli sürülüb. İyunun 8-də məhkəmə iddianı təmin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam