Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub-ARAŞDIRMA

Yenixeber.org: Son zamanlar Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrükdə qayda-qanun yaratmaq əvəzinə daha çox piar işləri məşğul olur. Gözdən pərdə asmaq məqsədi ilə kimlərisə rüşvət aldığına görə həbs etdirən sədr belə bir aura yaratmağa çalışır ki, güya o, şəffaf işləməyə çalışır. Amma gömrük-keçid məntəqələrindən gələn məlumatlar tamamilə bunun əksini göstərməkdədir. Gömrük Komitəsi ilə bağlı redaksiyamıza göndərilən məlumatda deyilir: “Uzun illər Dövlət Gömrük Komitəsində monopoliyaya şəxsən nəzarət edən təcrübəlı kadrları gözdən salan nəyin bahasına olur olsun ləkələməyə calışan Səfər Mehdiyevin məqsədu bu gün məlum oldu. Hazırda gömrük sistemində Səfər Mehdiyevin 121 nəfər qohumu işləyir”.

Mənbənın məlumatlarından belə görünür ki, S.Mehdiyev Gömrük Komitəsində özünün əsl imperiyasını yaradıb. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsini şəxsi şirkəti kimi işlədir, redaksiyamıza göndərilən məlumata görə burada bütün vəzifələr qohum-əqrəbası arasında aşağıdakı kimi bölüşdürülüb:

“1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri “udur”dır.
2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz. Rüşvəti meşokda tərəziylə çəkib alır.
3. Səfər Mehdiyevin köməkcisi Rəşad yaxin qohumudur.
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Adını yaza bilməyən bu qurumsaq 2 ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik “xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin “xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
6. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.
7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu.
Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı”xidmət göstərir.
8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor.
9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.
13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu.
14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.
15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir.
16. Bacanağı Həsən Dövlət Kömrük Qozpitalında işləyir.
17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir.
18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.
19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır.
20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir.
21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir.
22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir
23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücüdə gömrükdə işləyir)
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir.
25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor
26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. “Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.”

Hazırda S.Mehdiyevin işə qəbul etdiyi bütün kadrlar müsabiqən kənar yola ilə işə qəbul edilir. Ya cox yuxarı təbəqədən tapşırılmalısan ya da Səfər Mehdiyevin qohumu olmalısan. Qanun yazir kı 30 yaşdan yuxarı işə qəbul edilmir. Amma bunlar 40 -50 yaşında adamları işə götürürlər??? Əvvəl Azterminalkompleks İB nə qisa müddətdən sonra oradan da Dövlət Gömrük komitəsinə,, edirlət gömrük zabiti. Gülməlidə olsa 40-50 yaşında adamı ilk olaraq leytenan rütbəsində. Nəzərinizə catdırım ki. Azterminalkompleks istehsalat birliyi Gömrüyün nəzdində “qara kassadi” . “Qara kassıyada” Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev nəzarət edir. Təsərrüfat hesablı İstehsalat birliyinin rəisi Generaldi!!!. Döğrüdan gülməlidi. Həmin istehsalat birliyinin Əsasnaməsini kim təsdiq edib görəsən ???? Qanunda yazılıb ki Həqiqi hərbi xidmət kecmiyən şəxslər işə qəbul edilə bilməz. Necə oluk ki Hərbi xidmətə yararsız olur amma mayor- polkovnik rütbəsi verilir??. Bu qədər də qanunlara hörmətsizlik olmaz…. Nəzərinizə catdırım kı mayordan yuxarı Baş rəis heyyəti gedir.

Bu gün Gömrük komitəsində calışan Səfər Mehdiyevin qohumlarinin böyük əksəriyyətinin diplomlari saxdadır. Bunlar anlamirlar ki 1992-ci ildən ali təhsil müəsisələrinə qəbul TQDK (hazırda DİM) kecməklə qəbul edilir. Bir başa Təfəkkül universitetinin dördüncü kursuna necə qəbul olmusan??? Rus dilində 20-yə qədər saya bilmir amma deyir Ukraynada oxumuşam.??? Kecid balı toplamadan Bədən tərbiyyə universitetinin necə oxumusan ??? Necə olur ki Bakıda işliyə-işliyə Naxcivanda əyani oxumusan ??? Qanun qadağan etməsinə baxmayaraq bu gün Gömrükdə calışan Səfər Mehdiyevin bütün qohumları kommersiyayla məşguldur. Biz iş yoldaşı kimi hec kim onların kommersiya ilə məşğul olmağına xainlik eləmirik. Amma vay həmin maldan idxal edən iş adamlarının halına. Səfər Mehdiyevin qohumları olan gömrük əməkdaşları özləri ücün mal idxal etdikdə gömrükdən xüsusi “güzəştlə” rəsmiləşdirilir. Başqaları isə (Gömrük məcəlləsinin 160 ci məddəsində yazılıb ki 2 gün ərzində rəsmiləşdirmə başa catmalıdır) suni manelərlə 10-15 gün saxlanilir bilərəkdən gömrük dəyəri qaldirilir, hər günə 160 dollar qaraj pulu ödədikdən sonra buraxılır. Və beləliklə azad rəqabət apara bilmədiyindən bir daha həmin maldan idxal edilmir. Buda olur “mədəni” manapoliya …(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam