Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Kollec direktoru Rüxsarə Əliyevanın 4 min manatlıq rüşvət qalmaqalı böyüyür: TƏHSİL NAZİRLİYİ NİYƏ SUSDU?

Yenixeber.org: Ötən ay redaksiyamıza "Bakı Dövlət İqtisadiyyat və Humanitar” Kolleci haqqında, daha doğrusu, kollecin direktoru Rüxsarə Əliyeva haqqında şikayət daxil olub. Şikayətçi qeyd edir ki, ötən ilin fevral ayında Rüxsarə Əliyevanın kollecdə çalışan bacısı Səadət Əliyeva Mələk adlı Füzuli rayonundan olan məcburi köçkündən "Bakı Dövlət İqtisadiyyat və Humanitar” Kollecinə işə düzəltmək adı ilə 4000 azn pulu rüşvət qismində alıb. Pulu alanda qeyd edib ki, direktor Rüxsarə Əliyevanın bacısıdır və kollec birbaşa Təhsil Nazirliyinə tabe olduğundan vəsait birbaşa "yuxarı”, yəni Nazirliyə çatır. Məlumat üçün qeyd edək ki, Səadət Əliyeva 4000 manat vəsaiti alanda bacısının yanında məsul vəzifə daşıyıb. Hal-hazırda orada çalışmır.

Məlumatı ictimailəşdirmədən öncə tərəflərin münasibətini öyrəndik. Rüxsarə Əliyeva ötən il işçisi olan bacısının 4000 manat rüşvət almasını təsdiq etsə də, pulu geri qaytarmaqdan boyun qaçırıb. Sonra Sədaət Əliyeva ilə danışdıq. O isə bütün ittihamları qəbul etdi, 4000 azn vəsaiti rüşvət qismində aldığını etiraf etdi. Daha sonra o, 17 mart 2021 tarixinədək vəsaiti geri qaytaracağını söz verdi. Ancaq bu günə qədər vəsait geri qaytarılmayıb. Ailənin durumu çox ağırdır və çıxılmazdır. Məlumat üçün qeyd edək ki, redaksiya olaraq həm Rüxsarə Əliyevanın, həm də Səadət Əliyevanın səsləri, xəbərdarlıq olunaraq, qeydə alınmışdır.

Bundan başqa ötən ay Təhsil nazirliyi ilə əlaqə saxladıq. Cəsarət Valehov qeyd etdi ki, məsələ ilə bağlı rəsmi sorğu göndərək. Sorğudan bir neçə gün sonra əlaqə saxladıq, məlum oldu ki, sorğu Daxili Nəzarət şöbəsi baxır. 1 aya yaxın vaxt keçsə də sorğuya reaksiya verilməyib. Sosial şəbəkədə isə Cəsarət Valehov maraqlı münasibət bildirib: "Bu məsələ ilə bağlı xahiş edirəm hüquq-mühafizə orqanlarına müraciət edin. Konkret faktlarla.”. Görünən odur ki, kollec direktoru və bacısı düz deyirmiş: Vəsait birbaşa Emin Əmrullayevə çatıb. Mövzunu diqqətdə saxlayacağıq./7NEWS.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam