Redaktor seçimi
Ürəyində Fətullah Gülən sevgisi olan Qorxmaz Hüseynovu hansı cəza gözləyir?-
Müdafiə Nazirliyində YENİ “BAZAR
Qorxmaz Hüseynov haqqında qorxunc iddialar…-
Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub-
İnvestAZ-ın baş direktorunun Türkiyədə Borsagundem.com-u qaralama cəhdi baş tutmadı-
Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-
11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində
Kadr islahatının Elşad Həsənov fiaskosu: “lal deputat”, bacarıqsız icra başçısı…-
Günün xəbəri

Mənzil bazarında qiymətlər niyə artır?-Ekspert iki səbəbdən bəhs edir

 

Yenixeber.org: Mənzil bazarında qiymətlər artıb. Bu artımı təkrar mənzil bazarında da müşahidə etmək olur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin ilk üç ayında mənzil bazarında qiymət indeksi 2020-ci ilin müvafiq aylarına nəzərən 101,9 faiz təşkil edib. İlkin mənzil bazarında qiymət indeksi 101,2 faiz, təkrar mənzil bazarında isə 101,9 faiz olub. Bu, onu göstərir ki, 2021-ci ilin ilk rübü üzrə mənzil qiymətindəki orta dəyişikliyi əks etdirən göstəriciyə əsasən, ümumilikdə mənzillərin qiyməti 1,9 faiz, ilkin bazarda qiymətlər 1,2 faiz, təkrar bazarda isə 1,9 faiz artıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak üzə ekspert Elnur Azadov saytımıza vəziyyəti şərh edərkən hazırkı artımın maya dəyəri ilə bağlı olduğunu bildirdi:

“2018-ci ildən inşaat sektorunda nəzarət mexanizmi gücləndirildi və bu sahə rəsmən Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Onlar yeni normativlər əsasında tikinti şirkətlərinin qarşısında tələblər qoydular və həmin tələblər də şirkətlər üçün sərfəli olmadı. Məsələn, əgər keçmişdə bir hektar torpaq sahəsində tikinti şirkətləri ortalama sərbəst 50-60 min kv. metr inşa edirdilərsə, indiki normativlərlə həmin göstəricilər iki dəfə azalıb. Bu da təbii ki, tikinti şirkətlərinin işinin maya dəyərinə təsir edir. Onlar da vəziyyətdən çıxmaq üçün qiymətləri qaldırmağa məcburdular”.

Ekspertin sözlərinə görə, ikinci məqam odur ki, 2020-ci ildən etibarən tikinti şirkətləri üçün yeni vergi qaydaları tətbiq olundu:

“Yeni qaydalara görə, tikinti şirkətləri bütün xərcləri rəsmi göstərməli, mənfəət vergisi ödəməlidirlər. Məsələn, əvvəl onlar bir çox materialları qara bazardan alır, işçiləri qeyri-rəsmi işlədirdilər. Yeni qaydalara uyğun olaraq isə tikinti şirkətləri bütün bu xərcləri rəsmi göstərməlidirlər ki, əldə etdiklərindən 18 faiz ƏDV versinlər. Yeni qaydalar keçmişdə inşa olunan tikililərə aid edilmədi, amma yeni layihələndirilən və yeni başlayan tikililərdə öz əksini tapmağa başladı”.

Azadov yeni qaydalardan sonra inşaat materiallarının qiymətində də artımın müşahidə olunduğunu diqqətə çatdırdı. Ümumi bazardakı vəziyyətə nəzər yetirən ekspert qiymətlərdə böyük sıçrayışın 2005-2006-cı illərdə baş verdiyini xatırlatdı:

“O dövrdə bir ton armaturun qiyməti birdən-birə 600 manatdan 1000 manata kimi qalxmışdı. O zaman tikinti şirkətləri həm ilkin bazarda qiymətləri 15-20 faiz qaldırdı, həm də ikinci əl bazarında qiymətlər yüksəldi. Eyni vəziyyət indi də baş verir”.

“Bəs, qiymət artımı nə vaxta kimi davam edəcək” sualını isə E.Azadov bu cür cavablandırdı:

“Yaxın aylar ərzində qiymətlərdə dəyişiklik özünü büruzə verəcək. Ötən təcrübəyə nəzər yetirsək, görərik ki, nə zaman iqtisadiyyat stabil olub, o zaman qiymətlər tədricən qalxıb. Nə zaman iqtisadiyyatda qeyri-stabillik baş verib, o zaman qiymətlər ya dayanıb, ya da enmələr müşahidə edilib. Bir dəfə 2008-2009-cu illərdə bütün dünyada olan böhrandan, bir dəfə də bizdə baş verən devalvasiyadan sonra qiymətlər düşdü, qeyri-stabil vəziyyət yarandı. Qiymətlərdə durğunluq keçən il pandemiyanın yeni başladığı dövrlərə də təsadüf etdi. Bir sözlə, iqtisadiyyat stabildirsə, qiymət qalxacaq, nisbətən qeyri-stabil olsa və alıcılıq qabiliyyəti düşsə, qiymətlərdə cüzi enmələrin baş verəcəyi gözləniləndir. Bu, normal bir prosesdir”.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə mənzil tikintisinə 205,2 milyon manat vəsait yönəldilib. Bu isə 2020-ci ilin eyni dövrünə nisbətən 29,1 faiz azdır.(pressklub)

Ülviyyə Şahin

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}