Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qiymət artımı davam edəcəkmi?-PROBLEM

                  Ekspert: “Artım növbəti aylarda da müşahidə olunacaq”

Yenixeber.org: Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu rəqəm 4,8%, qeyri-ərzaq məhsulları üzrə 3,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,6% təşkil edib.

Bunlar Dövlət Statistika Komitəsinin mart ayı üçün elan etdiyi rəsmi rəqəmlərdir. Amma real vəziyyət fərqlidir və bundan pisdir. Qiymət artımı daha çox əsas istehlak məhsullarında müşahidə olunur, bu da əhalinin sosial-iqtisadi durumuna birbaşa zərbədir. Artım çox nəzərə çarpmadan, tədricən davam edir. Bəs, qiymət artımını şərtləndirən amillər nələrdir? Artım sünidir, yoxsa tələb əsasında formalaşır? Növbəti aylar üçün bu tendensiya davam edəcəkmi?

İqtisadçı ekspert Nazim Baydəmirli saytımıza açıqlamasında qiymət artımının son vaxtlar ciddi problemə çevrildiyini vurğuladı:

“Təəssüf ki, Dövlət Statistika Komitəsi hər zaman istehlak səbətinə daxil olan məhsulların qiymətlərinin dəyişməsi ilə bağlı aşağı rəqəmlər açıqlayır. Bu rəqəmlərin doğruluğuna isə nə vətəndaşlar, nə də ekspertlər inanırlar. Qiymət artımı bəzi məhsullarda hətta 10-15 faiz olduğu halda, hökumətin bunu 1 faiz elan etməsi istehlak səbətində olan məhsulların çoxluğundan qaynaqlanır və metodologiya düzgün deyil. Vətəndaş gündəlik tələbat mallarını market və bazarlardan aldığı zaman qiymət artımını hiss edir və görür. Bu qiymət artımı hökumətin elan etdiyi rəqəmdən ən azı 5-6 dəfə yüksəkdir”.

Ekspert bəzi məhsullar üzrə qiymət artımını əhalinin həyat şəraiti, maaş və müavinətlərə uyğun hesab etmir:

“Sosial ehtiyacı olan vətəndaşların qiymət artımından əziyyət çəkmələrinin qarşısı alınmalıdır və onların həm maaş, həm də müavinətlərina əlavələr edilməlidir. Bu, inflyasiyanın qarşısının alınması üçün edilməlidir. Təbii ki, bu da yetərli deyil. İnflyasiyanın qarşısını almaq üçün mal bolluğu yaratmaq, istehsal sahələrini genişləndirmək və iqtisadi fəaliyyəti artırmaq lazımdır”.

N.Baydəmirlinin fikrincə, hökumətin dediyi süni qiymət artımı heç də reallığı əks etdirmir:

“Real bazarda qiymət tələb və təklif əsasında müəyyən olunur. Ancaq son zamanlar müxtəlif sahibkarların sosial şəbəkələrdə səsləndirdiyi fikirlər onu göstərir ki, Gömrük Komitəsi bəyannamə qiymətini tətbiq etməklə əlavə olaraq süni qiymət artımı yaradır. Çünki bizdə əsas istehlak malları və yeyinti məhsullarının əksəriyyəti xarici ölkələrdə istehsal edilmiş məhsullardır və onlar Azərbaycana idxal olunur. Bu mənada idxalda qiymətin belə müəyyən olunması problemlər yaradır. Süni qiymət artımı varsa belə, Azərbaycanda dövlət orqanları  tarifləri artıraraq, yəni hökumət əlində olan alətlərlə bazarlarda qiymət artımını yaratmış olur və dolayı yolla bazar iştirakçılarına da qiyməti artırmağa imkan yaradır. Çünki sahibkar qiymət artımını maya dəyərinə otuzdurur və baha təklif etməyə məcbur olur. Burada sahibkarı günahlandırmaq doğru deyil”.

İqtisadçı hesab edir ki, qiymət artımı növbəti aylar üzrə də müşahidə ediləcək:

“Çünki pandemiya dövründə bəzi ölkələrdən müəyyən məhsullara limitlər tətbiq olunur. Bu, əsasən qida məhsullarına aiddir. Ona görə də qiymət artımı ən çox qida məhsullarında müşahidə edilir. İqtisadiyyatın daraldığı bir dövrdə belə hallar mümkündür və Rusiyanın bizə, eləcə də başqa ölkələrə buğda və digər məhsulların ixracına əlavə aksiz vergisi tətbiq etməsi buna sübutdur”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam