Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ter-Petrosyan mövqeyini açıqladı-Koçaryanın əleyhinə çıxdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Silahlı Qüvvələrin Baş Qərargahı ilə bağlı qalmaqala münasibət bildirib.

Yenixeber.org: Petrosyan erməni KİV-lərində dərc olunmuş məqaləsində Baş Qərargah rəhbəri Onik Qasparyanın hərəkətlərini "dövlət düşüncəsinin təzahürü" kimi qiymətləndirib.
O, yüksək vəzifəli hərbi komandirlərin narazılığını və ordunun siyasi proseslərə faktiki müdaxilə etmək istəyini tamamilə başa düşdüyünü qeyd edib: "Səbəb baş nazirin alçaldıcı məğlubiyyətdə ordunu günahlandırmaq üçün ehtiyatsız cəhdindən başqa bir şey deyil".

Eyni zamanda, birinci prezident bəzi qüvvələrin onları antikonstitusion aksiyalara sürükləmələrinə imkan verməyən generalların təmkinli davranışlarını alqışlayıb.

Ter-Petrosyan ordunun bu davranışını dövlət düşüncəsi və ölkəni sarsıntılardan qorumaq üçün səmimi bir istək nümunəsi kimi qiymətləndirib:

“Bəzi siyasətçilərin ritorikasını həddən artıq təhlükəli və qınağa layiq hesab edirəm. Bir sıra ölkələrin uğurlu təcrübələrini nümunə kimi göstərib (Misir, Şimali Koreya) hərbi çevrilişi dövləti yaxşılaşdırmaq üçün bir vasitə kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, müsbət nümunələr var, lakin hərbi çevrilişlər qalıcı hala gəldikdə dövlətçiliyin məhvinə və xalqların əzablarına səbəb olur (Əfqanıstan, Sudan, Nikaraqua, Haiti, Dominikan Respublikası, Liviya, İraq, Suriya, Livan nümunəsi). Bütün qüvvə və resurslarla bu ölkələrin acı taleyinin Ermənistanda təkrarlanmasının qarşısını almaq lazımdır".

Qeyd edək ki, daha əvvəl ikinci prezident Robert Koçaryan Misir və Cənubi Koreyanın nümunələrinə istinad edərək, böhrandan çıxma mexanizmi kimi Ermənistanda hərbi çevriliş ssenarisini dilə gətirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam