Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gömrük Komitəsi pandemiya ilində necə “irəli düşüb?”-PROBLEM

 

 İqtisadçı: “Komitə eyni həcmdə idxal malından 2019-cu ildə 2,8 milyard, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub. 2020-ci ilin vergiyığma siyasəti Azərbaycana gətirilən malların bahalaşması ilə nəticələnib”

Yenixeber.org: Azərbaycana faktiki bazar qiymətləri ilə 2019-cu ildə 13,7 milyard, 2020-ci ildə isə 10,7 milyard dollarlıq mal gətirilib. Ötən il idxal göstəricisi 3 milyard dollar azalıb. Gömrük Komitəsinin topladığı vergilər – gömrük rüsumu, ƏDV, aksiz, yol vergisi isə 2020-ci il ərzində 4,4 milyarddan 3,9 milyarda düşərək 500 milyon manat məbləğində azalıb.

İqtisadçı Nemət Əliyev bildirir ki, idxaldakı nominal azalmanın yığılan vergilərin azalması ilə müşayiət olunması dərhal gözə çarpdığına görə burada sanki hər şey qaydasında görünür, əslində isə bu, aldadıcı təəssüratdır:

“Əgər hər 1000 dollar idxal malına düşən vergiləri hesablayıb müqayisə etsək, məlum olar ki, bu göstərici 2019-cu ildə 321 manat olduğu halda, 2020-ci ildə 365,0 manat təşkil edib. Yəni hər 1000 dollar idxal malından Gömrük Komitəsinin tutduğu vergi 2020-ci ildə orta hesabla 44 manat və ya 14% artıb”.

Əliyev deyir ki, vergilərin bu dərəcədə artması heyrət doğurur:

“Pandemiya-karantin səbəblərindən istehsalın və idxal-ixrac əməliyyatlarının kəskin ixtisar olunduğu, əhali və sahibkarların gəlirlərinin son dərəcə azaldığı bir ildə maraqlıdır ki, Gömrük Komitəsi nəyin hesabına qaz vurub, qazan doldurub? Komitənin bu göstəriciləri görəsən, nəyin hesabına mümkün olub? Dünya iqtisadiyyatı üçün çox ağır il sayılan 2020-ci ildə bütün sahələrin tənəzzül etdiyi bir dövrdə Gömrük Komitəsinin vergi yığımlarında əks-diametral trend nümayiş etdirməsi xeyli əlavə suallar yaradır. Sözügedən bu 14%-lik artım Komitənin ortaya qoyduğu nəticələrin hələ hamısı deyil. “1000 dollar idxala düşən vergi” göstəricisi müəyyən qədər aydınlıq yaratsa da, vergilərin nə dərəcədə artıb-azalması və vergi yükünün miqyası haqqında tam təəssürat yarada bilmir”.

İqtisadçı hesab edir ki, bu məsələyə əhatəli şəkildə aydınlıq gətirmək üçün idxalın fiziki həcmi ilə konkret vergi yığımları arasındakı əlaqəni nəzərdən keçirmək, analiz etmək gərəkdir:

“Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlardan məlum olur ki, 2019-cu ilin qiymətləri ilə 2020-ci ildə 8,8 milyard dollar, 2019-cu ildə 13,7 milyard həcmində mal idxalı həyata keçirilib. Bu iki göstərici eyni qiymətlərlə hesablandığına görə aradakı fərq idxalın fiziki çəkisinin 2020-ci ildə necə dəyişməsini ifadə edir. Göstəricilərin müqayisəsi göstərir ki, idxal mallarının fiziki çəkisi 2020-ci ildə 36% və ya 5 milyard dollar dəyərində azalıb. İdxalın fiziki çəkisi bu dərəcədə azaldığına görə vergihesablama və vergitutma bazası da bu dərəcədə daralmalı və Gömrük Komitəsinin 2020-ci ildə vergi yığım göstəricisi bu enmə tempinə uyğun şəkildə azalmalıydı ki, vergi ödəyicilərinin vergi yükü artmasın. Başqa sözlə desək, 2019-cu ildə 13,7 milyard dollarlıq idxal malından 4,4 milyard manat vergi yığan Gömrük Komitəsi 2020-ci ildə 8,8 milyard dollar ekvivalentində, yəni 2,8 milyard manat vergi toplamalı idi. Amma Komitə vergi ödəyicilərindən 2,8 milyard manat deyil, 3,9 milyard manat vergi tutub. Aradakı fərq 1,1 milyard manat və ya 39%-dir. Təsəvvür edirsinizmi, eyni həcmdə idxal malından Gömrük Komitəsi 2019-cu ildə 2,8 milyard manat, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub”.

Ekspert fikirlərinin anlaşlıqlı olmasın üçün sadə misal çəkir:

“Bir ədəd maldan 2019-cu ildə 100 manat vergi alan Gömrük Komitəsi 2020-ci ildə 139 manat vergi alıb. Gömrükdə bu şərtlərlə tutulan vergilər ümumi vergi yükünü 2020-ci ildə 39% və ya 1,1 milyard manat artırıb. Ciddi fərqdir və sahibkarları var-yoxdan çıxaran artımdır! Öz təbii axarı ilə idxal mallarının 2-3% bahalaşa biləcəyini ehtimal etsək, bu, vergi yığımı nəticələrində ən yaxşı halda 100-120 milyon manat səviyyəsində artırıcı təsir yarada bilərdi. Gömrük Komitəsi isə 1,1 milyard manat və ya 39% yükartırıcı təsir yaradıb”.

Bəs, Gömrük Komitəsi bunu necə və nəyin hesabına edib?

Nemət Əliyev bildirir ki, bu sualın cavabı faktiki bazar qiymətləri ilə hesablanmış idxal göstəricisinin mahiyyətində gizlənib:

“2020-ci ilin idxal göstəricisi faktiki bazar qiymətləri ilə 10,7 milyard dollar, müqayisəli qiymətlərlə 8,8 milyard dollardır. Aradakı 2 milyarda yaxın fərq 2020-ci ildə idxal mallarının ümumi bahalaşma səviyyəsini göstərir. İri məbləğdən daha çox vergi hesablamağın mümkünlüyü əvvəlcədən bilindiyinə görə, daha çox vergi yığmağa həvəsli olanlar müxtəlif yollarla bahalaşmaya süni nəfəs veriblər. Hesablamalar göstərir ki, 1,1 milyard manatın 642 milyon manatı və ya 60 faizi birbaşa bahalaşmanın təsiri ilə, qalan 40 faizi isə 2020-ci ildə fərqli vergi hesablama prosedurlarının tətbiqi ilə əlaqədar əmələ gəlib. Aydın olur ki, 2019-cu ilin sonlarından başlayaraq Nazirlər Kabinetinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələrində apardığı dəyişikliklər bəzi mallara sıfır dərəcə ilə vergi hesablama güzəştləri nəzərdə tutsa da, nəticə etibarilə ümumi vergi dərəcələrinin yüksəlməsinə xidmət edib. Gömrük rüsumları ilə idxalın həcmi arasındakı asılılığın təhlili göstərir ki, bu “yeniliklər” yalnız gömrük rüsumları üzrə vergi yükünə 300 milyon manat ölçüsündə və ya orta hesabla 43% artırıcı təsir göstərib”.

İqtisadçı vurğulayır ki, 2020-ci ilin vergiyığma siyasəti yekun etibarilə vergi yükünün 39% artması və Azərbaycana gətirilən malların 23%-ə yaxın bahalaşması ilə nəticələnib. Onun sözlərinə görə, əmtəə bazarında böyük çəkiyə malik idxal mallarının bu dərəcədə bahalaşmasının digər malların, iş və xidmətlərin daxili bazar qiymətlərinə zəncirvari qaydada necə böyük impuls verməsi təsəvvür ediləndir:

Odur ki, bu gün daxili bazarda əhalini var-yoxdan çıxaran bahalaşmaya görə Gömrük Komitəsi və Nazirlər Kabineti birlikdə məsuliyyət daşıyır. Ölkədaxili qiymətlərin ümumi sabitliyinə görə vəzifə məsuliyyəti daşıyan isə Mərkəzi Bankdır. Lakin MB da daxili bazarlarda qiymətlərin kəllə-çarxa qalxmasına xidmət edən addım və qərarlara səsini çıxarmayıb, necə deyərlər, “ac qulağım, dinc qulağım” zərb-məsəlinə nöqtə-vergülünə qədər əməl edib”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam