Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Buraxılış imtahanları sadələşdirilib-Bəs qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?

 

 Bu il ali məktəblərə qəbul və buraxılış imtahanlarının necə keçiriləcəyi həm abituriyentləri, həm də valideynləri düşündürür.

Yenixeber.org: Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının proqramları sadələşdirilib. Yenilik isə bütün fənlər üzrə müəyyən mövzuların proqramdan çıxarılmasıdır.

Bundan əlavə, 9-cu siniflər üçün buraxılış imtahanları yeni qaydada keçiriləcək. Əvvəlki illərdən fərqli olaraq, imtahan iki mərhələli deyil, bir dəfə təşkil olunacaq. Suallar tədris dili, riyaziyyat və xarici dildən düşəcək.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri  Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirdi ki, ümumilikdə 85 tapşırıq təqdim olunacaq:

“İmtahan həm açıq, həm də qapalı tipli tapşırıqlardan istifadə olunmaqla keçiriləcək. Yəni, daha sadələşdirilmiş formada təşkil olunacaq. Eyni zamanda qəbul imtahanın birinci mərhələsi hesab edilən 11-ci sinif buraxılış imtahanlarının keçirilməsində isə forma dəyişikliyi yoxdur. Amma imtahan proqramlarında müəyyən yeniliklər var”

Xanlar Xanlarzadənin sözlərinə görə, buraxılış imtahanları proqramları sadələşdirilib:

“Müəyyən mövzular proqramdan çıxarılıb. 9-cu sinif buraxılış imtahanlarında birinci yarım ildə keçilmiş mövzular əsas götürüləcək. İkinci yarım ildə keçilən mövzular isə 5-8-ci sinif həcmdə sual ediləcək. 11-ci sinif buraxılış imtahanlarında da eyni qayda tətbiq olunacaq: birinci yarım ildə keçilən hissə proqramın əsas hissəsidir, ikinci yarım ildə tədris olunan mövzulara aid suallar isə 5-10-cu siniflər həcmində salınacaq.”

Sektor müdiri təkrar qeyd etdi ki, qəbul imtahanlarının əvvəlki qaydada təşkil olunması planlaşdırılır:

“Ötən il ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi pandemiya səbəbindən bir dəfə keçirildi. Bu il isə sanitar-epidemioloji vəziyyət imkan versə, abituriyentlərə ikinci mərhələ imtahanında iki dəfə iştirak etmək üçün şərait yaradılacaq.”

X.Xanlarzadə deyir ki, qəbul imtahanı proqramlarında da sadələşdirmələr aparılıb:

“Bütün fənlər üzrə müəyyən mövzular çıxarılıb. Yəni, mövcud vəziyyət nəzərə alınıb, abituriyentlərin işi  yüngülləşdirilib.”

Magistraturaya qəbul imtahanları isə bu il bir mərhələli və bir dəfə keçiriləcək.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam