Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vətən müharibəsi dərslikləri də dəyişdirdi

 

 Ekspert: “Yeni dəyişikliklər vətənpərvər, qəhrəman, cəsur vətəndaşlar yetişdirməyə xidmət edəcək”

Yenixeber.org: Dərsliklərdə dəyişikliklər olacaq. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad edilən ərazilər haqqında yeni məlumatlar kitablarda öz əksini tapacaq.

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, təhsilin məzmunu yalnız dərsliklərimizdə deyil, həm də müəllimin perspektiv və cari planlaşdırmasında yer alan mövzuların öyrənilməsindədir:

“Dərsliklərin yazılması, çap edilməsi xeyli vaxt, əmək, maliyyə tələb edən prosesdir və bu proses resursları düzgün sərf etmək məqsədilə müəyyən qrafik üzrə həyata keçirilir. Bütün dərslikləri birdən dəyişdirmək, təkmilləşdirmək mümkün deyil. Kağız dərsliklərlə birlikdə elektron dərsliklərimiz də var ki, kiçik və operativ düzəlişləri həmin elektron versiyalarda etmək mümkündür. Bu proses gedir”.

Yeni tədris ilindən 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagird  dərsliklərdə köklü dəyişiklikləri görəcək. Dəyişikliklər 1-11-ci siniflər üzrə bütün tədris fənlərinin hər birində olacaq.

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd etdi ki, proses 3 istiqamətdə aparılacaq:

“İlk dəyişiklik dərsliklərin üz qabığında və formatında olacaq dizayn dəyişiklikləridir. İkinci nəzərdə tutulan dəyişikliklər dərsliklərin məzmunu və strukturu ilə bağlı olan dəyişikliklərdir. Bilirsiniz ki, indiyədək xüsusilə tarix fənnindən daha çox birinci Qarabağ müharibəsindəki məğlubiyyətlər, itirdiyimiz torpaqlar barədə müəyyən qədər bədbin notlar üzərində dərsliklərimiz yazılırdısa, artıq biz Vətən müharibəsindən qalib çıxmışıq, ona görə də dərsliklərimizə qalibiyyət ruhunu gətirməliyik”.

Ekspertin sözlərinə görə, üçüncü yenilik odur ki, kitablarda Vətən müharibəsi qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimiz tanıdılacaq:

“Eyni zamanda, indiyə qədər dərsliklərin üz qabığında torpaqlarımızın işğal tarixi qeyd edilirdisə, yeni tədris ilindən bunlar zəfər tarixi ilə əvəzlənəcək”.

Əsədov əlavə etdi ki, ibtidai siniflər üçün dərsliklərin məzmununda da dəyişikliklər ediləcək:

“Orada şeirlər daha çox Vətən müharibəsinə aid olacaq. Oxu materialları və hekayələrdə qəhrəmanlarımızın həyat hekayələri, onlar barədə məlumatlar öz əksini tapacaq. Bütün fənlərin məzmununda dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, riyaziyyat və fizikada ediləcək dəyişikliklərdə də müharibə dövrünə aid tapşırıqlar, testlər əksini tapacaq”.

Ekspert son olaraq qeyd etdi ki, dərsliklərin informasiya yükünün azadılması da nəzərdə tutulur:

“Necə deyərlər, dərsliyin əsas məqsədi şəxsiyyət formalaşdırmaqdırsa, yeni dəyişikliklər vətənpərvər, qəhrəman, cəsur vətəndaşlar yetişdirməyə xidmət edəcək”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam