Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq-Hərbi Hava Qüvvələrimiz xeyli gücləndiriləcək

 

Azərbaycan nəhayət Pakistan-Çin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək.

Yenixeber.org: Bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilmişdi.

Azərbaycanın JF-17 qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub. Hərçənd daha sonra qırıcıların  modernizə edilmiş ən yeni versiyasının (Block III variantı) alınması barədə anlaşma əldə edilib.

Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. Azərbaycanın qırıcıların dəyərini neft və neft məhsulları ilə ödəməsi planlaşdırılır. Modernizə ediləndən sonra qırıcıların göstəriciləri Azərbaycanı qane edir və onlar eyni sinifdən olan digər qırıcı-bombardmançılardan geri qalmır. JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam