Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan təcili surətdə Zəngilan, Qubadlı və Laçınla sərhədi gücləndirir


Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə məsul şəxs təyin edib, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bu qərar baş nazir Paşinyanın dünən regiona baş çəkməsindən sonra qəbul edilib.

Yenixeber.org: Arminfo-nun məlumatına görə, Artak Davtyan və Syunik vilayətinin qubernatoru Unan Poqosyan birgə konfransda birgə əməliyyatların əhəmiyyətini qeyd ediblər, amma bu “mühafizə işlərinin” nədən ibarət olduğunu dəqiqləşdirməyiblər.

Qeyd edək ki, Syunik Zəngilan, Qubadlı və Laçınla həmsərhəd olan Zəngəzurdur. Rusiya mənbələrinin məlumatına görə, bu zonaya çox sayda Rusiya sərhədçisi göndərlib, onlar Ermənistan sərhədçiləri ilə birlikdə Azərbaycanla sərhədin mühafizəsinə başlayıblar.

Bütün bunlar Azərbaycan SQ-nin Zəngilan, Qubadlı və Laçında real olaraq irəlilədiyinə dəlalət edir, deyə Rusiyalı ekspertlər qeyd edirlər.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam