Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ehtiyatda olan generallarımız döyüşə tələsirlər-Ali Baş Komandana müraciət

 

 Ehtiyatda olan bir qrup zabitlər və generallar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə döyüş əməliyyatlarında iştirak etmək üçün aktiv orduya göndərilməsi xahişi ilə müraciət edib.

Yenixeber.org: Ehtiyatda olan zabitlər və generallar müraciətlərində Ali Baş Komandanın işğal altında olan Qarabağda əks-hücum əməliyyatına başlamaq qərarını tam dəstəklədiklərini bildiriblər.

“Bu gün Azərbaycanda minlərlə ehtiyatda olan zabit var, onların arasında müharibədən keçmiş, təcrübə və bacarıqlarından böyük fayda ilə istifadə oluna biləcək bir çox təcrübəli zabitlər var. Onların təcrübəsi döyüş zamanı effektivliyə təsir edə bilər. Hər bir ehtiyatda olan zabit döyüş meydanlarından gələn xəbərləri böyük həyəcanla izləyir və özünü döyüşçülər sırasına görür. Vətənimizin belə bir çətin günündə hər birimiz sizin əsgəriniz olaraq bu müqəddəs və şərəfli yolun başında olmaq, gəncliyimizi qorumaq, Vətən qarşısında borcumuzu yerinə yetirmək istəyirik”, - müraciətdə deyilir.

Dövlət başçısına müraciəti imzalayanlar arasında ehtiyatda olan generallar və polkovniklər - Talıb Məmmədov, Yaşar Aydəmirov, Qorxmaz Qarayev, Altay Mehtiyev, Rafiq Hüseynov, Gəray Bağırov, Şair Ramaldanov, Murad Hamidov, Vəlay Nəsibov və Zaur Məmmədov da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam