Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropa Məhkəməsi Azərbaycanı 37 min avro cərimələyib –Naxçıvan dərəbəyliyi ucbatından!

 
 

 Avropa İnsan Haqları Məhkəməsi “Şuriyə Zeynalov Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb və Azərbaycan hökumətini 37 min avro məbləğində cərimələyib.
 
Yenixeber.org: Məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi bir neçə gün əvvəl bu barədə hökm çıxarıb.
 
Hökmün ölkəmizə vurduğu zərər təkcə maddi cəhətdən ölçülmür. Bu hökm həm də Azərbaycanın onsuz da xoş olmayan dövlət imicinə daha çox kölgə salınmaqla tarixə düşəcək.
 
Məsələ burasındadır ki, 9 il əvvəl Naxçıvan MTN İrana işləmək şübhəsilə Turac Zeynalov adlı bir vətəndaşı göz altına almış və bir neçə gündən sonra onun meyitini ailəsinə təhvil vermişdi. Ailəni susdurmaq üçün isə Turac Zeynalovun xanımını təxribata çəkən Naxçıvan xüsusi xidmətçiləri qaş düzəldərkən göz çıxarmışdılar.
 
Məhz bütün bunlara görə Turac Zeynalovun atası Azərbaycan hökumətini oğlunun ölümündə günahlandıraraq Avropa Məhkəməsinə müraciət etmişdi.
 
Bildirilir ki, 72 yaşlı Şuriyə Zeynalovun iddia ərizəsində 2011-ci ildə onun 31 yaşlı oğlu Turac Zeynalovun Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyində işgəncə nəticəsində vəfat etdiyi bildirilib.
 
 
Avropa İnsan Haqları Məhkəməsi də onun şikayətini haqlı görüb, Azərbaycan dövlət strukturlarının əməllərində İnsan Haqları və Fundamental Azadlıqlar haqda Konvensiyanın yaşamaq hüququ və işgəncəyə məruz qalma ilə bağlı iki maddəsini pozduğunu təsbit edib.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam