Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Facebook” Azərbaycandakı trol şəbəkəsini araşdırır-PROBLEM

 

           

           "Səhər saat doqquzdan axşam altıya qədər milyonlarla şərh yazan işçilər var"

“Facebook indiyədək seçkiləri, siyasi kampaniyaları sarsıtmağı hədəfləyən saxta hesablarla bağlı dəlilləri ya gözardı edib, ya da belə hallara qarşı ləng tədbir görüb”.

Yenixeber.org: Bu barədə nüfuzlu “BuzzFeed News” portalı bu yaxınlarda “Facebook” şirkətinin işdən çıxardığı bir nəfərə istinadən yazıb.

Sofi Yanq adlı sosial şəbəkələr üzrə data aliminin məqaləsində Azərbaycan və Hondurasda hökumət və bəzi siyasi partiya başçılarının ictimai rəyi dəyişdirmək üçün saxta hesablardan istifadəsinə dair konkret nümunələrdən bəhs olunur. S.Yanq yazır ki, Honduras prezidenti Xuan Orlando Hernandezin mövqeyini gücləndirmək üçün minlərlə həqiqi olmayan hesabı əhatələyən koordinasiyalı kampaniyaya qarşı “Facebook”un tədbir görməsi nə az-nə çox – düz 9 ay çəkib.

Azərbaycanda isə hakim partiya müxalifətə təzyiq üçün minlərlə həqiqi olmayan hesabdan yararlanıb. S.Yanq iddia edir ki, bu haqda məlumat verdikdən bir il sonra “Facebook” məsələni araşdırmağa başlayıb və təhqiqat indi də davam edir. O qeyd edib ki, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının opponentlərinə hücum üçün istifadə olunan böyük bir saxta hesab şəbəkəsi aşkarlayıb: “Amma Facebook hələ də bu təsir kampaniyasını ifşa etməyib”.

Sözügedən əməliyyatın Rusiyanın İnternet Araşdırmaları Agentliyini xatırlatdığı qeyd olunur. Bu trol fabriki 2016-cı ildə ABŞ-da seçkilərə təsir göstərməyə çalışıb. Azərbaycanda da müxalifət üzvləri və hakimiyyətə mənfi yanaşan media qurumlarını hədəfə almaq üçün “bazar ertəsindən cümə gününədək səhər 9-dan axşam 6-dək milyonlarla şərh yazan işçilər”dən istifadə olunduğu bildirilir.

Vaşinqton Universitetinin dosenti, Azərbaycanda sosial media və kommunikasiya texnologiyalarını öyrənən Keyti Piers “BuzzFeed News”a deyib ki, “Facebook”dakı saxta hesablardan illər boyunca Azərbaycanda müxalifəti və müstəqil medianı sarsıtmaq üçün istifadə olunub. “Avtoritar rejimlərin ən böyük alətlərindən biri müxalifəti ictimaiyyətin gözündə alçaltmaq, onların etibarlı və legitim alternativ kimi görülməsini önləməkdir”, – deyə o, vurğulayıb.

Azərbaycanda informasiya qurumlarının sosial media hesablarını idarə edən bir şəxs portala bildirib ki, səhifələri saxta “Facebook” hesablarından gələn şərhlərlə dolub daşırdı.“Bunları pozur, ya da bloklayırdıq, çünki səhifəmizə gələnlərin ruhdan düşməsini, onlara reaksiya verərək şərh yazmasını istəmirdik. Ancaq trollar maaşlı işçilər olduqlarından, onlar üçün yeni hesab açmaq asan iş idi”, – deyə adının çəkilməsini istəməyən həmin şəxs söyləyib.

S.Yanq yazır ki, “Facebook” hazırda Azərbaycandakı saxta hesablar və trol əməliyyatı ilə bağlı araşdırma aparır:

Çoxları düşünə bilər ki, heç Birləşmiş Ştatlara diqqət ayırmıram və bu kiçik ölkələrlə mübarizə aparıram. Sadə dildə desəm, metodologiyalarım qlobal baxımdan sistematik olub, ancaq ona görə Honduras və Azərbaycanla bağlı mübarizə aparmışam, çünki ən çox ziyanın bu ölkələrdə baş verdiyini görürdüm”.

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam