Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Qulağı səsdə olan Şuşam"

 

Yenixeber.org: May ayının 8- ni də hər il üzüqara günümüz kimi göz yaşıyla yola salırıq. Gözəllər gözəli Şuşa da artıq neçənci dəfədir belə anılır, belə yola salınır. Təbiətin dilbər güşəsi, elimizin- obamızın qeyrət qalası olan Şuşam mənim- Azərbaycanın qızıl tacı. Tacımızı başımızdan nankorlar, çörəyi dizinin üstündə olanlar götürdülər, tacsız qaldıq.

Yüz dəfə, min dəfə üzür istəyirik, biz- övladlarını bağışla, bağışla ki, səni- qeyrət qalamızı, baş tacımızı xəyanətdən, satqınlıqdan qoruya bilmədik. Çıxmış, ovcumuza tökülmüş gözümüzü qırpmadan əlimizdən verdik. Verdik bizimki deyilmiş kimi, verdik istədiyimizi əldə etmək üçün.

Bu rüsvayçılıq belimizi əysə də, üzümüzü qaradan- qara eləsə də 28 ildir ki, sınmış çiynimizdə daşıyırıq. Torpaq, vətən yolunda şəhid olmaq istəyənlər üçün nə yaman ağırdır bu yük, İlahi.

Mənim əsir Şuşam. Vaxt vardı sənin yaxın uzaq ölkələrə səs salan nər ürəkli, şir biləkli qeyrətli müdafiəçilərin var idi. Bizdə belə bir inam formalaşmışdı ki, quş quşluğu ilə sənə daxil ola bilməz. Qanad salar, çox təəssüflər olsun ki, xainlər, siyasi ailəmdə parlamaq, ad- san qazanmaq, var- dövlət toplamaq iddiasında olan məlunlar fitnə- fəsad yolu ilə mərdləri, qeyrətliləri, vətənpərvərləri pərən- pərən elədilər və dedilər Şuşa qalası heç vaxt, heç zaman düşmənə məğlub olmayacaq. Çünki onu biz qoruyuruq. Sadəlövh olan bizlər bu boşboğazlığa, yalana uyduq, qalanın yeganə qapısı müdafiəsiz qaldı.

Bəli, 28 ildir ki, əlin- qolun bağlı erməni əsirliyindəsən, 28 ildir övladlarından ayrısan, 28 ildir ürəkləri ehtizaza gətirən musiqin pərdə- pərdə dağlara, oradan da düzlərə yayılmır. 28 ildir yalançı, haqsız, həqiqəti görməyib kor olan dünyanın arxa, dayaq durduğu murdar erməninin əlində əsir- yesirsən. 28 ildir gözlərin yollarda, əsl insan səsi eşitməyən qulağın səsdə, özün dəmir qəfəsdəsən.

Atalar deyib ki, yaman ilin ömrü az olar. Qanla, ölümlə qurulan, ucaldılan xaniman çox durmaz, dağılar, qan içində boğular. Sən bir az da döz, düşmənin mənəm- mənəmliyi uzun sürməyəcək. Qeyrətli oğullar günlərin bir günü ayağa qalxacaq, ermənilərin burunlarını ovub onlara indiyə kimi verilməyən dərsi verəcəklər. Ümidlə yaşa, ümidini kəsmə. Mənim gözəl ŞUŞAM!

 Məhərrəm Şəmkirli,
AYB- nin və AJB- nin üzvü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam