Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜNDƏN

 

 

 

"Xeberinfo.com": 

 

Baxıram dünyanın bu gərdişınə

 

Dəli bir ağlamaq keçir könlümdən

 

Fələk rəvac verdi namərd işinə,

 

Dəli bir ağlamaq keçir könlümdən.

 

ALI

 

Şütüyən qatardı ömrün günün də

 

Bu ömür payından nə düşdü sənə

 

Qəlbinin ağrısı vətən həsrəti

 

Yarımçıq bir ömür yaş düşdü sənə!

 

TƏRANƏ ŞƏMS...

 

Yanmadım ömrümdən keçən illərə

 

Baxıb məzarlıqda solan güllərə

 

Söykəyib üzümü qərənfillərə

 

Dəli bir ağlamaq keçir könlümdən!

 

ALI

 

Alışan səyyaha bənzədi ömrün

 

Xəyalda yaşayır ötən hər günün

 

Yarımşıq ömürdən çox illər ötür,

 

Yazda gələn quşlar yurduna köçür!

 

TƏRANƏ ŞƏMS...

 

Mənası bir imiş toyun yasında

 

Bu qara zülmətin ağ libasında,

 

Durub haqq evinin astanasında,

 

Dəli bir ağlamaq keçir kğnlümdən!

 

ALI

 

Bəxtinə yazıldı qırılan ömür

 

Səsin yetdi ərşə gəldi göylərdən,

 

Hıçqıra – hıçqıra ağladı könül

 

Gəldi ölüm sorağın başqa yerlərdən!

 

TƏRANƏ ŞƏMS...

 

Vətənin dərdindən qəlbin yaralı,

 

Son vida deməmiş, yolun haralı

 

Könlünü ağladan qəm – kədərindən,

 

Bir sözün dillərdə qaldı ay Alı!

 

Dəli bir ağlamaq keçdi könlündən!

 

Dəli bir ağlamaq keçdi könlündən!

 

 

(şerinə istinadən Alı Mustafayev...

 

Təranə Şəms deyişmə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam