Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ocaq Ailələrinin 8-ci toplantısı keçirilib

 

 

“İndi dünyada elə bir xalq yoxdur ki, Asif Ata kimi böyük bir şəxs ortaya çıxara bilsin”

 

"Xeberinfo.com": 26 Solğun 36-cı ildə (26.10.2014) İnam Evində Ocaq Ailələrinin 8-ci toplantısı keçirilib.

Ocağın Ruhsal Başçısı Safruhun günə uğurlaması ilə toplantı başlayıb:

- Özüylədöyüş Ocaq Evladının başlıca yarağıdır. Amallaşmanı, mənanı, mahiyyəti, yəni Atanı, ali sözü düzgün anlayıb amallaşsanız, onda kamilləşməyə bilməzsiniz. Əgər Atanı öyrəndiyin yerdə kamilləşmirsənsə, demək, sən başqa mövqeyin adamısan. Amallaşıb kamilləşsəniz, xalq özü sizləşər. Xalqlaşmanız asanlaşar və dadlılaşar damağınızda. Xalqla görüşmək sizə poetik həzz verər. Ən konkret amal Ocaqdaşlarınızı sevməkdir.

Ocaqçını Ocaqçı eləyən iş, döyüş kurallarına dönmək gərəkdir. Ocaqçının Ocaqçı üzərində qələbəsi yoxdur. Ocaqçı Ocağa yaramalıdır, Ocaq Ocaqçıya yaramamalıdır.

“İnama Doğru”nun 49 sayı gedir sabaha. Varlığımızın sübutlarıdır, yolumuzu nişanlarıdır o. Dərginin əməkçilərinə sevgi, sayğı. İmtinaları  ömürlərindəndir, ailə nəvaşizlərindəndir, bala qayğılarındandır, toplum içindəki nüfuzlarındandır. Onlardan kəsib dərgiyə veriblər. Hamısı qurban Amala!

 

Yolruh Atalı:

- Kamilləşmək mahiyyət üstə yaşamaqdır. Kamillik dayanan yerdə qeyri-kamilliyə çevrilir. Kamil - həyatın dediyi kimi olan deyil, öz dediyi kimi olandır. Bizdə inamdan da çox idrak tələb olunur. İnam idrakdan birbaşa asılıdır. Yalnız dərk etdiyin qədər inana bilərsən. Daha çox inanan - daha çox dərk edəndir.

İnsanlıq indi ən ucuz bir duruma gətirilib. Adamlarda insanlaşma işindən iyrənmə var. Antiinsanilikdən iyrənmirlər, de gəl, insanilikdən iyrənirlər. İyrənməsəydilər, antiinsanilik törətməzdilər.

Hər yerdə və hər yanda mənim üçün Ocaqçı olmaq prinsipi başlıcadır. Mənim Ocaqdakı ideyalarımdan və ideallarımdan biri olan “İnama Doğru”nun 4, eləcə də Uğurun araya, ərsəyə gətirdiyi “Ocaq TV”-nin 2 yaşı münasibətilə amaldaşlarımı kutlayıram!

Uluruh Atalı:

-Bu ay daha çox “mən kiməm?” sualını özümə vermişəm, bu haqda düşünmüşəm.  Özümlə daha çox üz-üzə olmağa çalışmışam. Bu ay Atadan, Safruhdan oxumuşam. “Başlanğıc”ı oxumuşam, təsirlənmişəm, doğrudan da bizim çoxlu ədəbiyyatımız yaranıb.

 

 

Ocaq Yükümlüsü İşıqlı Atalı:

- Hər gün İnamın soraqlarını yayıram. İnamın gəlişi qaçılmazdır. Mən soraqlarımızı canlı və virtual çevrədə yayıram. Biz dünyalaşmışıq. Adamlar dünyanın parıltısına çox aldanırlar. Hər yanda ruhsuzluq aydın sezilir. Toplum insanlıq əsasında yaşamasa hər sayaq çöküş artacaq.

Alim Babayev:

-Sizin kimilərin sayını artırmaqla toplumu insanlaşdırmaq olar. İnsanlaşanların sayı çoxalmalıdır. Siz mənim kimi milyonları öyrətməlisiniz. Ocaq 36 ildir var. Hansı döyüş 36 il davam edib? İndi dünyada elə bir xalq yoxdur ki, Asif Ata kimi böyük bir şəxs ortaya çıxara bilsin. Gərək Atanın  bütün fikirləri həyata keçsin. Asif Atanın fəlsəfəsi kimi güclü fəlsəfə olmayıb. Ata Azərbaycan türkünün filosofu, onun peyğəmbəridir.

Məhərrəm Şəmkirli:

-“İnama Doğru”nun 4, “Ocaq TV”-nin 2 yaşı münasibətilə hər birinizi kutlayıram! Demək olar, “İnama Doğru”nun bütün saylarını oxumuşam. Burada Asif Ata, Ocaqla bağlı dəyərli yazılar var.

Ailə günü “Ata ruhunu ürəyimizdə aparırıq!, Atamız var olsun!” sözləriylə bitib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam