Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yadlığı bizdən qoruyanlar

 

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!

 

 "Xeberinfo.com":Asif Atanın Evladlarına belə bir buyruğu var: “Xalq sizi gözləməyən görünür, əslində isə o sizi gözləyir”. Biz, Atalılar, Asif Atanın bu çağırışına üz tutub daim xalqın görüşünə gedirik. Hər dəfə fərqli münasibətlərlə qarşılaşırıq. Bizə etiraz edənlər də var, sayğı bəsləyənlər də. Hətta biganə, yaxud tərəfsiz qalanlar da. Ən çox etirazlar dinə görə baş verir. Artıq toplumda müəyyən bir bilgi formalaşıb ki, Asif Atanın gəlişi, döyüşü dinin gedişi anlamı daşıyır. Toplumun etiraz eləyən kəsimi fəlakətlərimizin kökündə nə dayandığının fərqinə varmır. Toplumun bu zümrəsi milli, insani kimliyini dərk eləməyən və təbii ki, bu səbəbdən də onun qeydinə qalmayan ruhani assimilyasiyaya uğramış adamlardır. Bunların içərisində ərəbçilik, farsçılıq yöntəmli qüvvələrin təsirinə düşənlər çoxluq təşkil edirlər. Bu cür adamların qəlbinə həqiqət sözü yad olur. Sayğı bəsləyən insanlar da yaxşı anlamda çaşqınlıq və heyrət içində bizi dinləməkdən milli, insani zəmində ümid tapırlar. Qaranlığın qatılaşdığı bir çağda heç bir dəyərə sahib çıxmaq olmur. Dəyərlərə sahib çıxılmayanda isə insanların özləri sahibsizləşirlər. Biz bir millət olsaq da, hər bir fərdimiz təkdir. Çünki insanları bir-birinə bağlayan nəsnə qalmayıb. Belə bir gedişdə Asif Atanın Evladları sözün həqiqi anlamında yeganə xilaskar vətənsevərlərdir. Asif Atanın Ocağından başqa toplumun içində heç kim, heç bir qüvvə milli, insani yöndən söz demir, iş aparmır... Azərbaycanda iş aparan missionerlər var. Ancaq bu qüvvələr milləti özünə tanıtmaqla, onun dəyərlərini özünə qaytarmaqla məşğul olmurlar. Başqa xalqların (əslində isə siyasətlərin) məqsədlərini yeridirlər. Bu durumu anlayan soydaşlarımız artırmadan deyə bilərik ki, Asif Ata Ocağından yeganə ümid tapırlar. Biz bu əhvallarla bölgələrdə daha çox üzləşirik.

Asif Atanın işi asta yerişlə olsa da, bir çox bölgələrdə yeriməkdədir. Ocağın fədakar Evladları bu işi yeritməkdən usanmırlar. Onu da demək olar ki, Azərbaycanın başqa bölgələri ilə müqayisədə bu iş Beyləqanda daha geniş vüsət alıb. Bu da onunla bağlıdır ki, bu bölgədə uzun illərdir davamlı iş aparan Amaldaşımız Günev Atalı və ona bağlı ayrı-ayrı fərdlər var. Günev Atalı, ictimai anlayışla desək, çox cəsarətli, hər kəsə örnək ola biləcək bir ziyalıdır. Ruhaniyyat ölçüsüylə desək, bənzərsiz, özündən keçən ruhani bir döyüşçüdür. O, heç vaxt insanlara acıqlanmır, ona yamanlıq edən, etmək istəyən kəslərdən üz döndərmir. Hər kəsə sevgiylə, inamla yanaşır. Qəlbinin gözəlliklərindən doğan İnsanilik hikmətini heç kəsdən əsirgəmir. Bu ona görədir ki, Günev Atalı millətini ciddi bir səmimiyyətlə sevir. Millətinin insanlarında milli şüurun oyanması üçün əlindən gələni edir, zəhmətlərə qatlaşır. Təbii ki, o bu işdə Amaldaşlarına söykənir, Ocaqdan güc alır. Günev Atalı öz bölgəsində çox işlər görür, görüşlər keçirir. Eləcə də toyda, vayda daim ruhani söz söyləyir, Asif Atanın ideya-prinsiplərini çatdırmaq üçün ərkyana münasibətlər sərgiləyir, müdaxilələr edir. Ancaq etiraz edən olanda da qarşıdurmalara getmir. Ehtiyacı olanlarla ünsiyyətini davam eləməkdən isə geri durmur. İllərdir, Günev Atalı belə bir ömür yaşayır. Hər cür basqılara, tənələrə sinə gərib öz soyundan olan insanları milli dəyərlərə sahib çıxmağa və millət olmağa böyüdür.

Günev Atalıya qarşı münasibət yalnız anlamsızlıqdan irəli gəlmir, təəssüf ki, bunların arasında sayca az da olsa, qərəzli Qaragüruh da var. Bayaq dedik ki, Günev Atalıya fərqli münasibətlər onda acıq doğurmayıb. Əksinə, hər kəs sevgiylə qarşılanıb. Ancaq elə məqamlar var ki, burada sevgi sözünü işlətmək mümkün deyil. Ruhaniyyatda sevgi görüntüsü yaratmaq, nələrisə ört-basdır eləmək özünü doğrultmur. Ona görə də Qaragüruhun axmaqlığını və axmaqlıqdan doğan amansızlığını açıb göstərmək və ifşa etmək doğrudur. Milli qurulmağa ziyan verən kəslər, kimliyindən asılı olmayaraq, tarixin və gələcəyin nifrətiylə damğalanmalıdır...

Bu günlərdə Günev Atalı anasının ölümü ilə bağlı öz evində yas mərasimi təşkil elədi. Bu mərasimə öz elindən və yaxın-uzaq kəndlərdən xeyli adam qatılmışdı. Günev Atalı elan elədi ki, ortaya dəftər qoyub pul toplamayacaq və növ-növ təamlardan ibarət ehsan süfrəsi təşkil etməyəcək. Bütün bunlar onun Amalına, ümumiyyətlə insani tələblərə uyğun deyil. Hamı üçün çay süfrəsi açılacaq. Uzaqdan gələnlər isə süfrəmizdə duz-çörəyə qonaq ediləcək. Burada məqsəd əsasən milli ruhda söz deyib mərasim keçirməkdir.

Beləliklə, Günev Atalı anası və onun yas mərasimi haqqında yığcam söz dedi. Sonra isə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıya söz verdi. Ancaq Soylu Atalının sözünü ortada kəsdilər və süni hay-həşir saldılar. Həşir salanlar 4-5 nəfər, qabaqcadan planlı şəkildə hazırlanmış adamlar idilər. Əslində məsələ heç də dini-filanı qorumağa görə deyildi. Çünki orada heç dinin adı tutulmurdu da. Sadəcə Günev Atalıya qarşı cismanı qardaşı Əliyev Ələsgərin qərəzli və qısqanc münasibəti 3-4 adam tərəfindən icra olunurdu. Bu adamlar ya psixoloji problemlər yaşayırlar, ya da arxalarında İran-şiə təsiri dayanır (hələ Atanın sağlığında biz orada mollaların əliylə İranın təsirini dönə-dönə müşahidə etmişdik. Sonralar bu təsir Günev Atalının şəxsində Ocağa qarşı yenə özünü göstərmişdir). Çünki bir adamın qısqanc və qərəzli münasibətinə başqalarının qoşulması əsaslı məntiq ortaya çıxarmır. Ən azından ona görə ki, Əliyev Ələsgərə orda sayğı bəsləyən yoxdur, baxmayaraq ki, həşirçilər eyni soyadı daşıyırlar: Əliyev İnşallah, Əliyev Yolçu, Əliyev Ələddin...

Burada biz Soylu Atalının çıxışını yığcam şəkildə təqdim eləməklə nəyə qarşı etiraz olduğunu göstərmək istəyirik: “Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün amaldaşımız Günev Atalının anası Zümrüd xanımın ölümü ilə bağlı ona və başqa yaxınlarına başsağlığı veririk. İstəyirik ki, yurdumuzda, haqqımız çatan bir ünvanda milli mənliyimizi ifadə edən bir dildə və üslubda söz deyək. Bu bizim milli, insani haqqımızdır... Zümrüd xanım 7 övlad böyüdüb. O, övladlarının hər birinin beşiyi başında layla deyib və öz dilinin həzinliyini, gözəlliyini körpələrinin yaddaşına yazmaqla özünün milli  gələcəyini əmniyyət altına almışdır. Əslində bütün analarımız bilərəkdən, ya bilməyərəkdən bu işi həyata keçirir. Ona görə danışdığımız dilə ana dili deyirik və qutsal sayırıq. Anamızın layla dili qutsaldır, onu bütün hallarda qorumalıyıq. Eyni zamanda anamız bizi layla diliylə böyütdüyü halda, bizim haqqımız yoxdur ki, ona yad dildə layla deyək, yad dildə ağırlayıb sonevə yola salaq. Anamıza qarşı bu münasibət özünə yadlaşmağa, milli kmliyini itirməyə gətirib çıxarır...

Layla insana iki dəfə deyilir – bir körpəlikdə, bir də öləndə. Bunlardan biri qaçılmaz surətdə ana dilində olsa da, ikincisi milli ərdəmliksizlik ucbatından ərəb dilində olur. Anamızı onun öz dilində deyil, başqa dildə ağırlamaq isə təhqirdir. Ağırlamaq – ölənin qeyrətini, ləyaqətini, özündən keçməsini, əməyini, balasına, millətinə, dəyərlərinə sevgisini qalanların ağlına, sevgisinə yazmaqdır, qalanlara ölümü, həyatı anlatmaqdır...”

Baxın, Qaragüruh hansı fikrə, düşüncəyə mane olur?!

 Buna baxmayaraq, mərasimdə iştirak edənlər çoxluq etibarilə məmnun qaldılar. Hətta onlardan 15- 20 nəfərə qədəri axşamüstü Asif Atanın Ocağını dinləməyə qayıtdılar. Bu söhbətlərdə Soylu, Günev, Güntay Atalılar, Ocaqdostu Ağşın Ağkəmərli milli, ruhani söz dedilər, çoxsaylı suallara cavablar verildi. Hətta ideoloji yöndən fikir bölüşmələri həyata keçirildi...

Qadınlar kişilərlə bir məclisdə deyildilər. Qadınların da içərisində Qaragüruhun nümayəndəsi vardı. Ancaq cəsarəti çatıb mane ola bilmənişdi. Göylü, Üstün, Elana Atalılar Ocaq yönündən söz deyib quralları icra eləməklə qadınlar arasında heyrət doğurmuşlar. Bir gün sonra Günev Atalıya qohum olan qadınlardan bəziləri ailələri ilə birlikdə “Ulufərəh” Ocaq Ailəsinin “Ailə Günü” mərasiminə qatılmağa gəlmişdilər. Onların etirafına görə əvvəllər Asif Atanın Ocağını Vəhhabi tipli qurumlarla müqayisə edirmişlər. Lakin Ocaqçıları dinlədikdən sonra səmimi rəğbətçilərə çevrildiklərini bildirdilər. Onların içərisində Bakıda, Sumqayıtda yaşayanlar da vardı. Ocağın mərkəzinin Bakıda olduğunu bildikləri üçün ünvan götürdülər və Ocaqla əlaqə saxlamağın özləri üçün qürur hissi olduğunu vurğuladılar.

Ocağın döyüşü, yaşamı həm bir tarixdir, həm də həyatın özüdür. Necə deyərlər, Xeyirlə Şərin döyüşüdür. Şər üstələyir, ancaq qalib olmur, olmayacaq! Asif Ata Xeyirin qələbəsi üçün döyüşdü və bu, dönməz xarakter aldı. İndi onun işi, döyüşü böyük bir ərdəmliklə Evladları tərəfindən davam etdirilir.

                                                     

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

                                                                      

Atamız Var olsun!

                                                                                                    

Asif Atanın Mütləqə İnam Ocağı Od Ayı, 36-cı il.

                                                                        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam