Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"O" MƏNƏM...

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:  

 

Desələr...
dərdinə xoş-beş eyləyən,
süsləyib dərdini, 
meyxoş eyləyən,
"O" mənəm...
Sığalımdı başında,
Əllərim əsər, dolaşar, 
Dərdlərimin başında,
Başıma yağan çınqılında daşında.
Səbrdən sədd qurdum ocağımın başında.
Dedilər..
Kəfəndi ölçülər,
Boya, boyla biçilər.
Bu diləksiz istəyim,
Bax beləcə kiçilər.
Dərdəm, qəməm,
Özümə düşmənəm,
"O" mənəm...
Yaranan nə varsa gözümdə rəngli,
İlmələr düy düşüb,
Sözümdə, rəngli.
Rəssama çək dedim,
dözüm də rəngli.
Bir dağın zirvəsi enmişə bənzər,
Vulkanı püskürüb, sönmüşə bənzər.
Ruhumda seçənək,
Dönmüşə bənzər.
Dərdəm, qəməm,
Özümə düşmənəm,
"O" mənəm...
Ayağım büdrədi,
Bu, ömür məhbəsmi,
Nədən mənə türmədi.
Çəksəm özümü dara,
ha deyim ki bəsdi.
Mən demirəm əsəm,
əsən mehdi, küləkdi,
Axır nə deyim,
Əl bulayan fələkdi.
Ələndim, xəlbir- xəlbir,ələk-ələk,
Qor bişdi bacasında,
Yarı ölü, yarı canlı,
həyat astanasında.
Dərdəm, qəməm,
Özümə düşmənəm.
"O" mənəm...
Ölçülməyən ölçüdə,
Biçilsəydim hər ölçüdə biçidə,
Kiçilmədim ölçüdə,
Kor gözümə tox deyib,
Hər otənə yox deyib, 
Qovrulub, dərdin qazanında,
Dünyanın gərdişində əzabında,
Dərdəm, qəməm,
Özümə düşmənəm.
O mənəm, "O"MƏNƏM...

 

TƏRANƏ ŞƏMS 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam