Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Millətləşmənin İnamlaşma tələbi

 

Xeberinfo.com:  (Oxulda yeni görüş keçirildi)

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bu gün kürəsəlləşən dünya millətləşməyə qarşı davranır. Nəinki davranır, onu aradan qaldırmağa çalışır. Ortaya “vahid mədəniyyət” ideyası ataraq millətləşmənin zərərli olduğunu təbliğ edirlər. Əslində bu təbliğatın başında duranların özləri millətləşmə yolu keçənlərdir. Bu gün də onlar millətləşmə gedişlərindən qırağa durmayıblar. Ancaq millətləşmə yolu keçməli olanlara hər cür yollarla əngəl olmağa çalışırlar. Əngəl olunanlardan biri də bizim millətimizdir. Yurdumuza gələn, gətirilən hər bir yabançı ideoloji baxışlar millətçiliyi şüurlarımızda sıradan çıxarmaq üçün çalışırlar. Halbuki millətçilik ideyası özgələşdirməyə qarşı ən doğru dirəniş ideyasıdır. Biz dönə-dönə vurğu eləmişik ki, millətçiliyi sağlam özüllər üzərində götürürük. Bu zaman başqa millətlərə qarşı tərs mövqelər tutmağı doğru saymırıq. Bir sözlə, hər bir millətin özünəxaslığına sayğı duyuruq. Çünkü bizim üçün millətçilik – milli özünəxaslığı qorumaqdır. Başqa mədəniyyətlərin etkisinə uğrayıb milli-mənəvi kimliyimizi itirməmək üçün bu ideyanı həyata keçirməyə bizim haqqımız var. 

Millətimizin içərisində aparılan kosmopolit tərbiyəçilik daim genişlənməkdə və tarixi həqiqətlərimizi kölgələməkdədir. Nə yazıqlar ki, bu gedişlərə uyan, aldanan insanlarımız da çoxalmaqdadır. Bütün bunları gözə alaraq Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı iş aparır. Milli dəyərlərimizin tanınması, öyrənilməsi yönündə ədəbiyyatlar hazırlayır, dərgilər çıxarıb yayır. Eləcə də çağaşırı canlı ünsiyyətlər qurub görüşlər keçirir. Toplumun başqa-başqa yönlü insanları ilə bağlantılar yaradır, gənclərlə milli-insani söhbətlər aparır. 

Bu əməllər yurdumuzun bütün bölgələrində həyata keçirilir. Bu günlərdə daha bir görüş Bakının Nizami rayonunda gerçəkləşdirildi. 60-a qədər öyrənci və öyrətmənlərlə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının keçirdiyi görüş İnsanlaşma, millətləşmə, vətənləşmə çağırdı. Görüşün sonunda çoxsaylı gəncləri düşündürən suallara cavab verildi və onlara ayrı-ayrı Ocaq ədəbiyyatları bağışlanıldı.

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

29 Çiçək Ayı, 38- ci il. Atakənd. 

(aprel, 2016. Bakı.)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam