Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb -FOTO

Milli Ktabxanada  XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli Azərbaycan şairi, tənqidçi, ədəbiyyatşünas Cəfər Xəndanın anadan olmasının 115 illiyi münasibətilə  “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb.
Yenixeber.org: Sərgidə müəllifin  əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələn­miş musiqi notları və dövri mətbuatda çap  olunan məqalələr nümayiş olunur.
Xatırladaq ki, Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. 1918-ci ildə İrəvanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklər nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdu tərk edib Gəncəyə köçüb. Cəfər burada ata-anasını itirib və bir müddət bacısı ilə uşaq evində qalıb. Əvvəlcə Gəncə Pedaqoji Texnikumunu, sonra 1925-1929-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb, aspiranturaya daxil olub, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərib (1932–1941).
Cəfər Xəndan 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” haqqında əsərini dissertasiya kimi təqdim edərək filologiya elmləri namizədi, 1949-cu ildə "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə filologiya elmləri doktoru, bir il sonra professor adına layiq görülüb. 1950-ci ildə professor Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru seçilib və dörd il respublikanın bu ilk ali məktəbinə başçılıq edib.
1930-cu ildən dövri mətbuatda görünməyə başlayan Cəfər Xəndanın 1936-cı ildə “Bəyaz gecələr” adlı ilk kitabı nəşr olunub. Cəfər Xəndan “Cəbhə” şerləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) şeirlər kitablarının, “Sabir” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1965), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Molla Nəsrəddin” (1956), “Şairin həyatı” (1961), “C.Cabbarlının həyat və yaradıcılığı” (1954), “Mikayıl Müşfiq” (1956), “Mir Cəlal” (1968) və s. monoqrafiyaların, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifidir.
Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edib.
Alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası, son altmış ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam