Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çağırım, səsləyim ayıl sən ANA

 

Baxıram insanlar gülüb, danışır,
Adamın hec dərdi sanki yox kimi.
Bənövşə, lalənin açan vaxtıdır,
Qoxlayıb həmişə sevərdin onu;
Könlümsə Anamın yanan taxtıdır
*****
Nə yaman ağırdır yuxun ay ANA,
Təbiət oyanıb sənsə yatırsan.
Getdiyin yerlərdən niyə dönmədin?
Bülbüllər burdadır, güldə burdadır,
Yaşatdım qəlbimdə axı ölmədin!
   *****
Yaz gəlib, quşların dönən vaxtıdır,
Səni görmək üçün ürəyim əsir.
Ruhların qapını döyən vaxtıdır,
Olmuşam illərə bağlanan əsir.
Nə yaman ağırdır yuxun ay ANA!
       *****
Sən dönüb gələrsən laylamı çallam,
Baş qoyub yatasan dizlərim üstə.
Ömürdə qısadır, ölərəm qallam,
Bilmirəm səhvlərim altdadır üstə,
Nə yaman ağırdır yuxun ay ANA!
*****
Əzilib, olmuşam boynubükülü,
Öz dilim lal olub qəlbim danışır.
Yetiməm olmuşam, sözü ütülü,
Yadıma düşürsən dərdim alışır,
Çağırım, səsləyim ayıl sən ANA!
     *****
Sağımda, solumda boş qalıb ANA,
Yerini verəcək bir kimsəm yoxdu.
Xatirən qəlbimdə xoş qalıb ANA,
 Həyatın nifrəti sancılan oxdu,
Tək səni istərəm, ayıl sən ANA!
    *****
Möcüzə baş verib dönə bilsəydin,
Ömrünə, ömrümdən ömür qatardım.
Sənsizlik çətindir, görə biləsən!
Bu fikri başımdan kaşki atardım,
Bilirəm, ay ANA dönən deyilsən!
     *****
Bu mənim xəyalım düşündüm onu,
 Zamanın olsaydı uçub gələrdin.
Mənidə qınayıb etmə giley sən,
Nələr çəkdiyimi özün görərdin.
Bəlkədə şaqqanaq çəkib gülərdin.
  *****
Yatdığın o torpaq cənnətin olsun,
Anamı bağışla rəhimli Allah.
Mənimsə çəkdiyim qürbətim olsun,
Anamı bağışla rəhimli Allah!
Yuxun şirin olsun rahat uyu sən!
 İçəsən "kövsər"dən "zəmzəm" suyu SƏN!
       *****
Əlimdən gəlmir ki, vüsala yetək,
 Bir qəlbdə can olub hicranı silək.
Sonumuz ayrılıq biz hardan bilək?
Bundan beləsini yaza bilmirəm,
Əllərim titrəyir, gözlərim dolur,
Həsrətdən ay ANA, gül rəngim solur...
Təranə Şəms. 14.03.2025

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam