Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək. “Yaradıcı Azərbaycan” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.

Yenixeber.org xəbər verdi ki, layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.

MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, "Mədəniyyət və yaradıcı sənayelər" üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı baş tutub.

Bu baxımdan, MYS sahəsində bugünədək görülən işlər, biznes subyektləri üçün yaradılan yeni imkanlar və dəstək mexanizmləri, eyni zamanda 2025-ci il üzrə yeni hədəflər ilə tanış olmaq üçün MYS nümayəndələri (film və animasiya studiyaları, oyun studiyaları, moda evləri və dizaynerlər, musiqi prodüserləri, nəşriyyatlar və ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslər, mədəniyyət sahəsində çalışan startaplar və şirkətlər, reklam və media agentlikləri və s.) “Yaradıcı Azərbaycan” – MYS-lərə dair xüsusi təqdimatda iştirak etmək üçün dəvət olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam