Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FƏRZƏLİNİN ZƏNGİ Kiçik hekayə

 

Onunla çoxdan tanışıq,hətta bir-birimizin evinə getdiyimiz,bir süfrə başında oturub çörək kəsdiyimiz,çay işdiyimiz günlər də olub.O,mənim necə,nəylə yaşadığımı,mən də onun nəylə,necə yaşadığını gözəl bilirik.Dostluğumuz da ötəri yox,əbədidir.

Yenixeberşorg: Yəni ölənə kimi.Kimin nə qədər yaşayacağını da biz yox,Tanrı bilir.Son vaxtlar onunla gediş-gəliçimiz bir az seyrəlib,umu-küsüyümüzdə olmayıb, tez-tez zəngləşib bir-birimizdən hal-əhval bilirik.Hərdən öz-özümə deyirəm:-Allah bu telefonu çıxardanın atasına rəhmət eləsin.Əgər ölübsə.İndi deyəcəksiniz ki,diriyə də rəhmət var.Olsun.Mən bir söz demirəm.

Bilirsiniz də hansı telefonu deyirəm.Cib telefonunu.Qabaqlar cib telfonları kiçik ölçüdə idi və tək-tək adamlarda vardı.Maşallah, indi məktəblilərdə,tələbələrdə axşam evinə iki quru çörəyin pulunu apar bilməyən kişilərdə iki-üç palaz boyda telefonlar var.Bu palaz boyda olan telefonların biri şalvarın arxa cibində,ikisidə əldə gəzdirilir.Əldə gəzdirinlərə bir iradım yox,amma cavan qızların dar-dütdək geyindikləri şalvarların arxa cibində olanlara iradım var.Nöşün ki,siz də məni bağışlayın pis və çox biədəf görünür.Nə isə... .İndi oğul atanın,ata oğulun,qardaş-qardaşın,bacı-bacının aylarla yox,illərlə qapısını açmır.Artıq harda yaşadıqları da yadlarından çıxıb.Şayət.hansınınsa evində xeyir-şər olanda zəng eləyib ev ünvanını soruşurlar,ya da görüntüylə danışıb təbrik edir,başsağlığı verirlər. 

Məni bağışlayın,dostumdan danışırdım,getdim hara çıxdım.Sizin də diqqətinizi hekayəmizdən yayındırdım.Yenə deyirəm:-Bu telefonu çıxardanın atasına Allah qəni-qəni rəhmət eləsin.Ölməsədə olar.İndi diriyə də rəhmət var.Mənim dostum Fərzəli ki,var o,da telefon ölüsüdür.Telefon gecə-gündüz əlindən və qulağından düşmür.Birinə səsini göndərir,biriylə də görüntüylə danışır.Belə baxanda yazıq Fərzəli qınanası deyil.İndi hamı telefonla yatır,telefonla durur.Adam tanıyıram ki,30 illik arvadını boşayıb,telefonla evlənib.Kimin də evinə gedirsən,ev yiyəsinin “xoş”gəldisindən sonra evdəkilərin hamsı sarılır telefona.Pardon... yenə mətləbdən uzaqlaşdım ey.Siz Allah üzürlü sayın.Onu deyirdim axı.Dostumla tez-tez zəngləşib bir-birimizdən hal-əhval tuturuq.Bəri başdan deyim ki,mənim telefonla danışmaqla bir elə aram yoxdur ha.Amma üzbə-üz nə qədər deyirsən danışım,yorulmuram.Heç kimə də imkan vermirəm,ağzını açıb bir kəlmə deməyə.Məndən fərqli olaraq Fərzəli telefon xəstəsidir.O günü yenə zəng eləmişdi,salamdan-kalamdan sonra soruşdu:-Yol getmirsən,maşın sürmürsən? Sizi inandırıram ki,20 ildir Fərzəli mənə zəng edəndə bu sual verir.Mən də eyni cavabı verirəm ki,ay evi tikilmiş,bilmirsən,mənim maşınım olmayıb,yoxdur və bundan sonra da olmayacaq.Bunu bir dəfəlik sırğa elə qulağından as.Utanıb eləmə.İndi şəhərdə qulağı sırğalı o qədər qulağı sırğalı kişiciklər var ki.Sən də ol onlardan biri. Bilirsiniz qayıdıb nə deyir? Bilirəm ki,mən bildiyimi siz bimirsiniz.Ona görə də deyirəm.Deyir:-Ə,bilirəm ey,yoxdur,amma birdən qonşu maşınını verər,sən də sürərsən.Maşın sürə-sürə qəfildən telefonuna zəng gələr,sən də telefonu qaldırıb cavab verərsən.Allah eləməmiş telefonla danışdığın yerdə polis görər,saxlatdırıb maşının sənətlərini istəyər,biləndə ki,maşın sənin deyil,maşın oğrusu kimi səni həbs edər,maşını da əlindən alıb ştrafnoya salar.Ondan sonra qonşunun üzünə çıxa bilməzsən,gözü kölgəli olarsan.

MƏHƏRRƏM ŞƏMKİRLİ

AYB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam