Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Dilimdə dəyişən "VİDA" başqadır

 
Torpaqda toxumu bitirmir nədən?
Önəmli  deyil ki, qatqısı nədir?...
Nə düşsə torpağa itirmir axı,
Gil ilə torpağın atqısı nədir?...
*****
Torpaqda heç sevmir harın adamı,
Görün ki, heyvanlar humanist olub.
Bəs hərdən tovlayır ərik, badamı,
Qurd özü yamanca "humanist" olub...
*****
İt ilə pişiyin dostluğun görək!
Pişik dara düşəndə bilək neyləyir?
Bu şirin tablonu sizlərlə bölək,
Gərəkdi dərs alıb, utanıb ölək!....
*****
Gör insan, insana yardım edərmi?!
Mən, əsla deyərdim, yolunu bağlar...
Görəsən, yolunu düzgün gedərmi?
Kökaltı məsələ, qolunu bağlar...
*****
Deyirlər, həmişə bədbin yazırsan,
Bu dərdlər içində " sevgi" dən yazım?!...
Sən, axı iynəylə qəbr qazırsan?
İtirmişəm çoxu, tapılmır AZIM...
*****
Təhlillə cümlənin yeri dəyişir,
Mübtəda axırda nida başdadır!...
Küləyin səmti yox, yeli dəyişir,
Dilimdə dəyişən "vida" başqadır...
*****
Suallar müxtəlif, cavablar sadə,
Gərəksə, kefinə gəl soğan qatım.
Birində görərsəm hər hansı ƏDA,
Önünə bu fani dünyanı atım...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam