Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Düz ƏLƏN deyir

 

Sıxılan ürəyim ovcumda sanki,
Düşünüb, arayıb səbəb tapmıram.
Yox kimi görünür borcumda sanki;-
Dolaşıb qalmışam  hədəf tapmıram.
*****
Tədirgin olmuşam niyə bilmirəm,
Bu təlaş, həyacan bəs hardan gəlir?...
Könlümün dərdini diyə bilmirəm,
Güman ki, naxələf insandan gəlir...
*****
Nankorlar həyatda axın- axındı,
Gözaltda saxlayıb özləri tapır.
Böy- boya düzülür yaxın- yaxındı,
Yoxdular həyatda sözləri tapır...
*****
Həyatın düzəni pozur halımı,
Kiçilib qəlbimdə büzüşürəm mən.
Dəyişən gördükcə qəddar zalımı,
İnciyib dünyamdan küsüşürəm mən!...
*****
Könlümün tavanı gəlmə üstümə!...
Bilki sən, yetəcək dözüm qalmayıb.
Alışıb yansamda baxma tüstümə,
Saplanıb tikməyə çözüm qalmayıb...
*****
Bilirəm, özümü heçə üzürəm,
İnsanla bu dünya düzələn deyil!...
Düşünün, həyatı məndə süzürəm,
Sözüm var, xəlbirdən düz ƏLƏN deyir!...
*****
Zamanla xəlbirdən elə ələn ki;-
Desinlər, bu adam bəs " insan" imiş...
Ədalətin adına elə bələn ki;-
Deməyək, bu adam bəs nöqsan imiş

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam