Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Kaş qocalmaya

 

Analar dərd ilə yanıb alışar,
Həyata nifrəti unudar belə.
Analar əriyər, şamla yarışar,
Qəlbində düşünər ümid var deyə.
*****
Analar çay kimi daşmaq istəsə,
Könlünün həsrəti susdurar onu.
Ümmansız göyləri aşmaq istəsə,
Qəhrindən boğulub qusdurar onu!...
*****
Bir ana laylası məlhəm kimidir,
Ovudar körpəsin incə səsiylə.
Allahın şükürü əlhəm kimidir,
Şeytan bilmiş olsa, qursa min hiylə...
*****
Analar sehirli bir mələk kimi,
Qoymaz ki, balası əziyyət çəkə.
Hərdənbir iblisdə bir kələk kimi,
Ürəkdə yetişən, yaman dərd əkə!...
*****
Ananın qəlbidir, sevgi təşnəsi,
Ruhunda vəsv edər qandan olanı.
Övladın gülüşü onun  nəşəsi,
Bətnində bəsləsə candan olanı...
*****
Analar heç zaman kaş, qocalmaya,
Fələyin pis üzü kaş, öc almaya.
Analar dərd çəkib kaş heç solmaya,
Bu dərd məni çox üzür öldürür axı...
Bu dərd məni çox üzür öldürür axı...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam