Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

Tərəqqi və tənəzzül... -Nəticə isə İFLAS

 
Yenixeber.org: Ta keçmişdən bu yana qız uşaqlarına birmənalı yanaşma olmadığından mən bu tip mövzulara çox toxunmuşam. İştərdim yenədə bəzi nüansları vurğulayım. Dövr, zaman irəliyə tərəqqi etsədə, biz insanlar dinimizdən nə qədər uzaq düşməyimizin fərqinə varmırıq. Hələ min illər öncə qız uşaqları doğulandan sonra anasından alınıb diri- diri torpağa basdırılardı. Demək, qız övladına olan münasibət tarixən olduğu kimi yenə də qalmaqdadır. Bu gündə bəzi ailələrdə qız uşaqlarından imtina məsələsi öndə durur. Yenədə qız uşaqları ailə üzvülərinin təkidi ilə doğulmadan öncə (abort) edilərək ana bətnində tələf edilməkdədir. Analar göz yaşı töksədə canından bir parça olan qız balasını bətnində  qətlə yetirilməsinə səs çıxara bilmirlər. Səbəbi isə evdə uşaqların sayında qızların çoxluq təşkil etməsidir. Amma İslam aləmiylə müqayisədə qızlara qarşı münasibət dəyişməyə başladı. Məhəmməd ə.s. (Ona Allahın salamı olsun) qızları,  gələcəyin anası kimi görür və onları cəmiyyətin onurğa sütunu adlandırırdı. Nəzərə alsaq ki, tarixdə bütün İslam fatehlərini dünyaya gətirən analar deyilmi?! Həmin anadır ki, 21 yaşında İstanbulu fəth edən Fateh Sultan Məhməti dünyaya gətirmişdir. O, ana qız doğularaq o məqama ucalmadımı?! Yəni Allah Quranda ayələr vasitəsi ilə qadınlar üçün böyük imtiyazlar nazil etmişdir. Peyğmbərimizi islam aləminə bəxş edən ana, qız doğulmadımı? Bu dəyərləri niyə unutmalıyıq?... Elə bu səbəbdən deyirlər ki, " Cənnət anaların ayaqları altındadır" Əlbəttə söhbət islamla elmlənən, övladlarını əməli saleh yetişdirib cəmiyyətlə təmasa sövq edən analardan gedir.
Əslində müasir dövrlə müqayisədə  elm sübut etmişdir ki, qız uşaqlarının arda- arda doğulmasının səbəbi qadında deyil, məhs kişilərdədir. Çox təəssüf edirəm ki, belə durumu bəzi ailələr anlamaq istəmədiyindən səbəbkar qadınları bilirlər. Maraqlıdır, belə psixologiya cəmiyyəti hara sürükləyir görən??...
...Kimdir günahkar?
Gəlin, bu suala cavab axtaraq.
Çox düşündürücüdür eləmi?! Nədənsə bu və buna bənzər suallar açıq qalsada,   həmişə cavabsız qalır. Mən isə bu suala şəxsi prizmadan yanaşaraq, bir az fərqli  xırdalığa varmaq istərdim. Məsələ burasındadır ki, əksər valideynlər baxmayaraq ki, qız uşaqlarını ana bətnində( abort)  öldürərək, qatil olduqları bəs etmir,  bəziləri isə Allahın bu gözəl payına həmdə gəlir mənbəyi kimi baxırlar. Belə ki, öngörücü kimi düşünərək, fikirləşirlər ki, hə...zaman gələr qızımı erkən nikahla gələcəkdə imkanlı birinə ərə versək bizdə bir gün görərik. Valideyn belə xəyallarla qız balasını orta təhsildən belə uzaq edərək, heç bir islami tərbiyə vermədən, sanki düşünür ki, qızı ərə verməklə valideynlik vəzifəsini yetərincə yerinə yetirib. Həyat öz axarı ilə  irəllədiyindən qızın yaşı on altıya çataçatda qapısı döyülür. Yəni elçilərin ayağı açılır. Belə anda atanın və ananın üzü gül açır. Düşünür ki, aha mənim qızıma qonşunun qızından tez elçi düşüblər. Elə qız uşağının qara günləri bundan sonra başlayır. Hə, bu arada ata və ananın qulağına həmdə çatmış olur ki, oğlan evi çox imkanlıdır, hətta oğlan oxumuş və savadlıdır. Belə olan halda hansı cahil valideyn sevinməz ki?!... Nəzərinizə onuda çatdırım ki, bəzi ailələrdə  oğlanlar oxumuş və dünyagörüşlü qızla ailə qurmaq  istəmirlər. Valideynlər isə " imkanlı" sözünü eşitcək, yağlı tikə görmüş kimi ağızları sulanır və belə düşünürlər.
" İstədiyim yar idi, yetirdi pərvərdigar". Məgər belə valideynlər anlamırlar ki, erkən nikaha daxil olmaq Azərbaycanda qanunla qadağan edilmiş sayılsada  İslam aləmində erkən nikahın fəzilətlərindən söz edilir. Valideynlər unudur ki, islamla anlayışı olmayan qızlarını erkən nikaha sövq etməklə tibbi baxımdan qız uşaqlarının psixologiyasına necə zərbə vurmuş olurlar. İslami tərbiyə görməyən qız nə bilsin ki, ailə nədir?...Niyə cahil valideyn düşünmür ki, Allahın verdiyi qız payını əməli saleh yetişdirib, oxumuş, savadlı dini bilgili oğlana verib xöşbəxt edərlərsə, valideynin  Axirətdə Allah qatında məkanı cənnət olur. Bunu yəni anlamırsız ey islamdan bixəbərlər?!...Baxmayaraq ki, müasir dövrdə yaşayırıq, lakin cahillik yenədə öz  axarı ilə davam etməkdədir. Nə qədər ki, dinimizdən uzaq düşmüşük, hələ bizim övladlarımızı çox xoşəgəlməz vəziyyətlər gözləyir. Əksər hallarda yaşı çatmamış cahil qız oxumuş, savadlı amma dini bilgisi  olmayan oğlanla ailə qurur. Haşiyə: (Axı yaşı çatmayan cahil qız və cahil oğlan hardan bilsin ki, ailə nədir)? Mövcud durum bir müddət keçməmiş özünü biruzə verir. Beləki, oxumuş o savadlı oğlan dini bilgisi olmadığından öz övladının anasını ailə məişət zəmnində  baltalayıb qəddarcasına qətlə yetirir. (Demək ki, zamanında bəlkədə oğlanın psixoloji travması varmış) Məgər belə hallarla cəmiyyət arasında az qarşılaşmışıq? Hətta bəzən elə olur ki, qız savadlı olur oğlan cahil, dini bilgisiz olur. (yəni beləsinə kafirdə deyirlər) Allahını, Peyğəmbərini, kitabını tanımayan birindən necə ailə başçısı ola bilər? Çox keçməz xasiyyətləri uyğun gəlmədiyindən, diplomlu, karyera sahibi olan qız, əks tərəfdən şiddət gördüyündən qurtuluşun yolunu özünü yüksək mərtəbəli binaların başından atmaqda görür. Yəni, intihar edir. Əgər qızın islamdan anlayışı olsaydı, öz axirətini məhv edərdimi?... Azmı eşitmişik belə məlumatları sosial şəbəkələrdən?...Yenə sual verirəm. Kimdir günahkar?...
Əlbəttə, mən bu fikirlərimi bütün valideynlərə şamil etmirəm. Aralarında  əməli saleh  uzaqgörənliklə düşünüb övladını oxudub əlinə  İslamın diplomunu verməmiş ailə qurmasına  rəvac verməyən ata, analar var...Yəqinki, belə valideynləri mənimlə birgə oxucu kütləsidə alqışlayar...
Qeyd edim ki, bu gün sosial şəbəkələr belə məsələlərə laqeyd və biganə deyil. Təəssüf edirəm ki, belə hadisələr ucqar kənd və rayonlarda daha çox nəzərə çarpmaqdadır. Belə ucqar kənd yerlərində yaşayan qız uşaqları məktəblərdə tədris olunan bilgilərlə yanaşı lazımi dini savada yiyələnə bilmirlər.  Ailəsinin düşüncəsi isə, "adını yaza bilir, kifayətdir" Belə cahilcəsinə ailə quran azyaşlı qız öz haqqını necə tələb edəcək  və gələcəkdə öz uşaqlarını necə islami yonlə tərbiyə etmiş olacaq? Bəlamız budur ki, valideynlər qız uşaqlarının gözünün açılmaması üçün  açıq şəkildə şiddət göstərirlər. Ən dəhşətli hal azyaşlı qızlar ailədə şiddət gördüyündən hətta  yaşlı, arvad boşamış  kişilərə ərə getməyə razı olurlar.  Düşünürlər ki, təki düşdüyü zorakılığa son qoyulsun. Əgər ailələri ilə baş edə bilmirlərsə, çıxış yolunu evdən qaçmaqda görürlər. Qız ki, canını qurtarmaq üçün evdən qaçdı, analar, atalar düşürlər tv- lərdə Zaurla, Xoşqədəmin proqramlarına və ağlayıb göz yaşı tökürlər ki, "amandı balamı tapıb mənə verin!"Ay külbaş valideyin, axı övladını  belə vəziyyətə düşməyə sən vadar etmisən. Nəinki, tv- lərdə, hətta sosial şəbəkələrdə qabardılan məsələlər belə hadisələrin təzahürü deyilmi?...Ay ağlı başında olan insanlar, heç özünüzə sual verdinizmi? Niyə bu qədər intihar hadisələri baş verir? Bu gün  gənclər arasında intihar edənlər valideynlərinin zorakılığından canlarını qurtarmaq üçün çıxış yolunu canlarına qəsd etməkdə görürlər. Bəzən bu səbəblər araşdırılıb cəmiyyətə də doğru, düzgün məlumat verilmir. Ancaq bəziləri nə yollasa ailə zorakılığından qurtara bilsədə, tez bir zaman kəsiyində cəmiyyətdəki çirkaba bulaşır və həyatı məhv olur. Yaşı az olduğundan, kütlə və toplum arasında özünü tapa bilmədiyi üçün  bir çox baş verən hadisələrdən dolayı bəzi başıpozuqların şantajına məruz qalır və adını təmizə çıxarmaq üçün xilasını yüksək binalardan, körpülərdən ataraq həyata əlvida deməkdə görür...Lakin, savadsız olduqlarından  düşünə bilmirlər ki, belə hadisə heçdə onun mənəviyyatının təmizə çıxması üçün əsas  deyil. Sadəcə düşünülməmiş hərəkət onun axirətini məhv edir. Bu isə onun cahilliyindən irəli gəlir. Azərbaycanda lazımı tədbirlər görülməlidir ki,  gənclərin həyatı kəndirdən asılı qalmasın. Çalışmalıyıq ki, qızları bu tip yollara təhrik edən caniləri zərərsizləşdirib  lazımı orqanlara təhfil verərək təcridxanarara məhkum edək. Belə durumda lazimi ölçü götürülərsə digərlərinə örnək olar. Əslində düşündüyüm nəticəyə gələrək,  bu kimi hadisələrin baş verməsində yenədə valideynlər günahkar sayılır. Mənim şəxsi fikrim budur...Bəziləriniz düşünə bilərsiz ki, ata və ana öz balasının pis gününü istəməz ki...?...
Amma, bəzən unuduruq ki, valideyn hətta balasını sevərəkdən, istəmədən  qırx arşın quyunun dibinə yuvarladır. Məsələn:- Qız uşağının qapısını elçilər döyəndə valideyn bəzən oğlan tərəfin  nəsli, kökü, oğlanın hansı əxlaqın sahibi olmağı baxışında olmur. Yəni bir o qədər maraq göstərmir. Ancaq onu düşünürlər ki, "təki getsin, evdə yeyənin biri azalsın". Həmdə  bəzi insanlarda olduğu kimi, onunda şüur altında belə fikir formalaşır. " Qonşudan qalma dala, filənkəsin qızı gedər, mənim qızım evdə qalıb qarıyar". Müasir dovrdə yaşasaqda bəzi ailələrdə qız uşaqları belə təfəkkürlə boya- başa çatdırılır. Dediyim bu fikirləri qismən oğlan uşaqlarınada aid etmək olar. Ətrafa baxırsan ki, tanımadığın biri görünüşcə savadlı, oxumuş, dünyagörüşlü görünür. Lakin, ünsiyyət etdikcə nəzərə çarpır ki, mənəviyyatca çox yüngül insandır. Bəziləri var ki, heç kollektiv arasında özlərini apara bilmirlər. Kənardan ağıllı insan  hiss edir ki, bu insan psixoloji cəhətdən normal deyil. Məncə belə uşaqlarda olan çatmazlıqlar  kiçik yaşlarından nəzərə çarpır. Əslində  ailədə uşağı hər halıyla anasından başqa yaxşı tanıya bilən tapılmaz. Həyatda heç kəs heçnədən sığortalanmayıb. Dünyaya gələn uşaq, istər qız olsun, istərsə oğlan psixoloji cəhətdən qüsurlu doğula bilər. Bu nəzərə çarpan qüsurları isə ailədə  ana daha yaxşı bilir və hiss edir.
Əgər belə qüsurla oğlan uşağı evlənmək yaşına çatarsa, baxmayaraq ki, oğlan psixoloji baxımdan normal deyil, ata- ananın arzuları yenədə pərvəriş edir. Yəni bütün valideynlər kimi... Maraqlıdır ki, övladı xəstə olan oğlan analarında belə bir tendensiya yaranıb. " Əşşi çox görmüşük belə hadisələri. Nə olub eyyy? Evlənəndən sonra düzələcək" Belə bir durumda deyərdim: Ay başı boş ana, ata siz belə halınızla niyə qız qapılarına elçi düşürsüz? Niyə Allahın yaratdığı o qız balamızı xəstə ruhlu oğlunuza arvad edərək xalxın qızını  bədbəxt edirsiz? Məgər Allahdan qorxmursuz? Nədir, qulağınıza çatıb ki, qız evi varlı- hallıdır? Budur sizin məqsəd və məramınız...Sənin oğlunu Allah belə yaradıbsa o bədbəxt qız onun psixologiyasını necə dəyişdirə bilər axı?!...
Dərdimiz bir deyil, beş deyil. Dünyanı sarsıdan " ağ ölüm" adlı məhfum heç bizim Azərbaycandanda yan keçməyib.
Günümüzü zəbt edən "narkoman"iya isə əsrin bəlası olmaqla gənclərin məhv olmasına yön alıb. Bəzən, analar oğlunun pis vərdişlərini bildiyi halda evləndirmək eşqinə düşürlər. Fikirləşirlər ki, evlənsə, başı bağlansa yəqin ki, düzələr. Belə düşüncəylə qurulan ailələr bir uşaq dünyaya gəlincə bir təhər keçinə bilir. Lakin bir müddət sonra hər şey keçməzə dönüşür. Bədbəxt qız belə bir duruma  nə qədər dözə bilər? Gec ya tez boşanmalıdır. Əksər hallarda gedib qayıdan qıza əzizləri, ata- anasıda sahib çıxmaq istəmir. Bu durumda qız nə etməlidir? Belə hallarla qarşılaşan qadının gözünə heç övladıda görünmür. Uşaqlarını təhfil verirlər uşaq evlərinə, hətta bəziləri kimlərəsə övladlıq kimi satırda.Və özləri isə yollarını azaraq düşürlər ağ babanın, qara yoluna. Çünki  başqa seçimi qalmır. Həyatın kötəyi isə öz xoşu ilə dünyaya gəlməyən körpələrə dəyir.  Sual edirəm. O, uşağın nə günahı var? O, uşaq niyə atasız, anasız qalıb yarım yetişsin? Bəli, narkomaniyanın belə bağışlanmaz fəsadları təzahür etməkdədir cəmiyyətimizdə. Düşünmək belə çətindir. Görəsən, damarında  narkoman qanı axan o uşaq( Əgər oğlandırsa, fərq etməz. Ya qızdırsa) sağlam yetişə biləcəkmi? Niyə uşaqları şikəst edirsiniz? Bütün deyilənlər sual altında qalır. Düşünə bilirsinizmi qanı xəstə( narkoman) birindən necə uşaq dünyaya gələcək? Cavabı çox sadədir. Əlbəttə o uşaqda gələcəkdə başqa bir ailənin bədbəxtçiliyinə zəmin yaradacaq. Hər halda Səhiyyə Nazirliyidə işə qarışaraq həyacan təbili çalmalıdır. Bu gün boşanmalara görə Azərbaycan ön sıradakı yerlərdən birini tutur. Fikirlərimi əsaslandıraraq onu deyə bilərəm ki, nə qədər dinimiz  İslamdan ayrı düşmüşük bu günkü gənclik çirkab içində hələ çox  çabalayacaq........
Nəticə  isə iflasa doğrudur...
P.S Düşünməmişdim Avropaya inteqrasiya olduğumuz halda özümüzdən, milli ruhumuzdan  imtina edək... Bu gün tərəqqi və tənəzzül qarşı-qarşıya dayanaraq iflasın sonuna doğru inkişaf etməkdədir...
Cəmiyyətin təməli sağlam deyilsə irəliyə inkişaf olmayacaq!...
Təranə Şəms( AJB- nin üzvü)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam