Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Xatırla illəri, gəl dönək başa

 
Dostluğun anlamı dərindən, dərin,
Bu sözün yükünü kim çəkə bilər?
Könlümün havası sərindən, sərin,
Ürəklər şorandı kim əkə bilər?...
*****
Biz əkdik toxumu cücərsin deyə;-
Qatlanıb baş əydik hər cür möhnətə...
Bu qədər illəri sənsiz yaşadım,
Xəyalım uçuşur hərdən keçmişə.
******
Bu ağır yükü mən tənha daşıdım,
Xatırla, illəri gəl dönək  başa!...
Bu sınmış ürəklə nələr yaşadım,
Çəkilən bu dərdlər gəlməsin başa!...
*****
Vəfasız olmadım dik baxdım gözə,
Kəsdiyim  çörəyi unutmadım mən...
Meydanı vermə sən murdar şeytana,
Düşünüb keçmişi başla gəl sözə!
*****
Əl verib kimsəyə "dost"demədim mən,
Bu adın atəşi yandırıb məni.
Bir daha kimsəylə çörək kəsmədim,
Həyat özü birbaşa qandırıb məni...
*****
" Hər şeyin təzəsi, dostun köhnəsi",
Nə gözəl söyləmiş müdrik atalar.
Qocalıq söz atır, vardır töhfəsi,
Gəl otur dərdləşək başla söhbəti...
*****
Çoxumuz az deyil yaş yetirmişik,
Düşün sən ay bacım düzmü edirsən?...
Düşün ki, nələri, biz  itirmişik,
Torpağı becərib daş bitirmişik...
*****
Bəlkədə deyərsən nədir bu deyən,
İnan ki, xəyallar o qədər şirin,
Dilimdi ilişib sözümü yeyən,
Fikrimi anlasan dərindən, dərin...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam