Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

QANUNSUZ VƏKİLLƏR


Yenixeber.org: Uşaq vaxtı həmişə nənəm azaylananada, belə bir söz işlədərdi: “Ay bala, ay Tanrı saxlamışlar, hara daşı atırsan, “filankəsə” dəyir”.

Düşünərdim ki, görən nənəm bu sözü niyə deyir, nə üçün deyir? İndi də onun sözü olmasın, “Daşı atırsan, hər yerdən baş qaldıran qanunsuz vəkillərə dəyir!”

Bu mövzuya toxunmağım əbəs deyil. Günü-gündən çoxalan, belə qanunsuz şəkildə vəkillik fəaliyyəti göstərən adamlar cəmiyyətdə çoxalmağa başlayıb. Üstəlik də, harda və necə gəldi fəaliyyət göstərmələri heç kimi nə düşündürür, nə də maraqlandırır. Danışanda da elə pafosla, elə yekə-yekə danışırlar ki, deyirsən bəs dünyanı bunlar yaradıb, bunlar idarə edir. Elə bil belə də olmalıdır. Axı, deyən lazım ki, ay qanun tərəfində olan vəkil, hər şeydən öncə vətəndaş, sizin bu vəkillik fəaliyyətiniz qanunauyğundurmu? Vəkillik fəaliyyətiniz haqqında icazə və lisenziya varmı? Yoxsa elə indiki vaxtda  Vəkillər kollegiyasının üzvü olmadan da “qanuni fəaliyyətinizi” harda olsa, necə olsa davam etdirə bilərsiniz??? Hər şey bir kənara hüquq müdafiəçisi, vəkil kimi bitirdiyin ali təhsil ocağının diplomu varmı sizdə? Özünə hörmət edən vəkil oturduğu ofisindən, iş fəaliyyəti üçün seçdiyi məkandan bəlli olar.

Nəticə etibarilə əziyyət çəkən yenə sadə vətəndaşlar, ələxsüs da, öz hüquqlarını bilməyən, qarşısında “qanun keşikçisi” qismində dayanan, vəkilə bütünlüklə etibar edib, inanan insanlar olur.

Bu məsələdə görüşüb söhbət etdiyim adamların çoxu bu şəkildə qanunsuz olaraq, fəaliyyət göstərən vəkillər haqqında haqlı narazılıqlarını bildirirlər. Belə ki, ilk başdan zərərçəkmiş qismində vəkil bildiyi adama (daha demir ki, “vəkil” hesab etdiyi adam özü qanundan xəbəri olmayan, fəaliyyətini harda gəldi, necə gəldi aparan fürsətcildir) müraciət edən şəxsdən vəkilin adına etibarnamə tələb edilir. Sonra tərəflər arasında müqavilə bağlanması barədə “maliyyə danışıqları” gedir. Necə deyərlər, fırıldağın mənbəyi burdan başlanır. Hələ məhkəmə prosesinin nə əvvəlidir, nə də axırı... Artıq zərəçəkmişə dəyən mənəvi zərbə qalır bir tərəfdə, üstəlik maddi zərbə də öz əksini göstərir. Məhkəmədə çıxarılan qərar isə vəkilə müraciət edən şəxsin xeyrinə olmaya da bilir... Olan-qalan pulunu qondarma vəkilliklə məşğul olan dələduzlara təslim edən vətəndaşlar problemi ilə bağlı heç bir nəticə görmədən pərişan halda məyusluğa düçar olur. Məgər bu qanunsuzluqlara nəzarət edən bir qurum, bir nəzarət komitəsi yoxdurmu? Axı nə vaxta qədər bu millət belə üzdəniraq vəkillərin əlində oyuncağa çevrilərək, müflis vəziyyətdə qalacaqlar?! Bunun bir sonu yoxmu? Suallar çox, cavab isə vicdanlı şəxslərin məsuliyyətinə buraxılıb.

Yekunda onu demək istərdim ki, qanunsuz şəkildə vəkillik fəaliyyəti ilə məşğul olanlar barədə dövlətin səlahiyyətli şəxsləri məşğul olsunlar və bu iyrənc fırıldaqları həyata keçirən qanunsuz vəkilliklə məşğul olanları ciddi şəkildə cəzalandırıb, dövlət səviyyəsində cərimə etsinlər!!!



 Səadət Sultan,

yazıçı-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam