Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Azərbaycanlı şairlərin şeirləri Türkiyədə dərc olunub -FOTOLAR

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ziya Dilsuz və “Qızıl qələm” mükafatı laureatı, şair Əyyub Türkayın (Məmmədov)  şeirləri Türkiyədə dərc olunub 

Yenixeber.org: Şair Ziya Dilsuzun “İnsan tək olanda ağrıyır ancaq” şeiri və şair-publisist Əyyub Türkayın “Dərd içində gülən qadın” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen” dərgisinin 114-cü sayında çap olunub.

Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə...” devizi ilə üç aydan bir nəşr olunur.

Hər iki şairin dərgidə çap olunan şeirlərini təqdim edirik.

  

Əyyub Türkay

Dərd içində gülən qadın

 

Saçlarına düşübdür dən,

Dərd içində gülən qadın.

Qəm süzülür gözlərindən,

Dərd içində gülən qadın.

 

Qəlbindəkin biləydim kaş,

İç dünyana gələydim kaş,

Azarını böləydim kaş,

Dərd içində gülən qadın.

 

Necə keçmisən sədləri,

De, çoxmu gördün bədləri?..

Boş gördün hər cür vədləri,

Dərd içində gülən qadın.

 

Daxilində tufan oldu

Qüssə səndə yaman boldu,

Eşq badən də qəmlə doldu

Dərd içində gülən qadın.

 

Bir gül idin öz bağında,

Nə tez soldun budağında?

Ümid öldü sol-sağında,

Dərd içində gülən qadın.

 

Sevgi oldu sənə yalan,

Həyat oldu sənə dalan.

Xoşbəxtliyə yoxdur güman

Dərd içində gülən qadın.

 

  

Ziya Dilsuz

İnsan tək olanda ağrıyır ancaq

 

Əgər bircə addım yaxınlaşsaydın,

Bütün uzaqları inkâr edərdim.

Eh, dönə bilsəydim ötən illərə,

Bütün səhvlərimi təkrar edərdim.

 

Xətt çəkə bilmirsən arzularına,

Arzular adamı hey çaşdırırmış.

Allahın adına söz çıxarıblar,

Guya sevənləri qovuşdururmuş.

 

Sən ki etibarsız birisən, amma

Şikâyət etmədim dönüklüyündən.

Qorxmadın həsrətin ən sərt şəklindən,

Qorxdun ümidimin böyüklüyündən.

 

Min ağrıkəsici ola, nə xeyri?

İçin səssiz-səssiz dərd daşıyacaq.

Ən kəskin ağrılar belə ağrıtmır,

İnsan tək olanda ağrıyır ancaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam