Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

AYB"-Sözüm sizədir

 
Sözlərim sənədir ey Vəziroğlu,
Axan qan damarda nə vaxt kirlənib?..
Özünü bu xalqın şairi sandın,
Düşüncən görəsən, harda millənib?!...
*****
Nəyindir erməni "yüz- yüz" vumusan,
Düşməni nə vaxtdan dostun bilmisən?
Hörmətin vardısa, indi kim oldun?
Millətin adıyla  " dostluq" qurmusan?...
*****
Oturtma düşməni süfrə başına,
Bəddua söyləyər Şəhid anası.
Min oğul baş qoydu vətən daşına,
Dar gələr, öləndə kəfən başına...
*****
Namusun, qeyrətin bir azca varsa,
Çıx xalqın önünə bir üzür dilə.
Qiz, gəlin hələdə düşmən əlində,
Xocalı qiyamı xalqın dilində...
*****
Sən necə unutdun ölən canları,
Yaşayıb duyuram həyəcanları.
Unutmaq olarmı axan qanları,
Torpaq altda uyuyur Şəhid canları...
*****
Qələmi çevirib yenə süngüyə,
Qurultay adına işə salmışam.
Xalqımın adına baxıb güzgüyə,
Sağımı, solumu dişə salmışam...
*****
Yazarlar yığıldı qurultay oldu,
Anar bəy yenidən "başqan" seçildi.
Bir adam demədi en sən aşağı,
Millətin gözündə yaman kiçildi.
*****
İkiəlli yapışdı kürsüdən yenə,
Beş ildə gözləyin özüm gedəcəm.
"Siz hələ cavansız anlamazsınız,
Namizəd göstərin özüm seçəcəm"...
*****
Bu onun gənclərə öyüdü oldu,
Demək ki, hələdə gözü doymayıb.
Kriminal Çingizə ödülü oldu,
Bitməyən işlər var, hələ olmayıb...
*****
Ey Çingiz, bu torpaq səni yetirib,
Sən onun dilini nədən bilmədin.
Qafanda " rusu" sən başa keçirib,
Söz deyir jurnalist, sənsə inlədin...
*****
Danışa bilmirsən öz dilində sən,
Sən ola bilməzsən xalqın yazarı!...
Söz deyir jurnalist inildəyirsən,
Mən sənin yerinə seçdim " məzarı".
*****
Dilini çəynəyib fırça edənlər,
Var bizim dilimiz unudulmayıb.
Ayaq alıb vətəndə rusa gedənlər,
Kölgəndə, işığa ümid olmayın!...
*****
Nə edək gözləyək beş ildə bitsin,
Ayb-da yenidən qurultay olsun.
Qocalar aradan çıxıbda getsin,
Qapılar açılsın taybatay olsun!...
*****
Abu- hava dəyişsin yeni üz görək,
Yolları verək biz gələn gəncliyə.
Düzəlsin əyrilər düzü, düz görək,
Yaşa gör Anar sən,  haqqı biz bölək!

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam