Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Millətin qarnı ac, amma tox kimi

 

*****
Millətin qarnı ac, amma tox kimi,
Səsi çıxmır nədən, yoxsaki, acmır?!...
İtibdir iştahı sanki çox kimi,
Yoxsa ki, susur ha, sirrini açmır?!...
*****
Yox deyim, ay insan bu millət niyə?
Haqqını axtarmır, dərdini demir.
Başına çökübdür, bu zillət niyə?
Bilək ki, bu kasıb heç ətdə yemir...
*****
Çörəyi yeyərdi yavanlığı yox!...
Buğdanın qiyməti adından baha.
Baxıram, xalqıma avamlığı çox,
İnanın, ac yatır doymayır daha...
*****
Xəstəsən həkim yox, öləsən gərək!
Ac olan bir insan sağlam olarmı?!...
Həkimi, axtarıb tapmaq istəsən,
Bu gündən, "sabah"a dönəsən gərək.
*****
Müəllim yetişmir təhsil batıbdı?
Belə bir zamanda həkim yetişər?!...
"Filin"sə qulağı yaman batıbdır,
Belə bir dövranda yara bitişər?...
*****
Məmurlar, nazirlər  qana susayıb,
Qıracaq, bizləri susub dinməsək.
Sümürür milləti cana susayıb,
Olmaz, dözübən bir az "yeməsək"?...
*****
Qaydalar, qanunlar işə yaramır,
Prezident soz deyir, havada qalır.
Pul sayan məmurlar qanun daramır,
İylənmiş xörək tək tavada qalır...
*****
Ayılaq, ayılaq yetər deyək biz,
Gəlmədik dünyaya belə gün görək.
Gözüqıpıq yaşadıq kimi sevək biz,
Yaşamaq deyil ki, ömürdə gödək...
*****
Hər kəsin qəlbində min stəyi var,
İstəməz əhvalı  yaman boş olsun.
Qırılar  həyata  çox küsməyi var,
Çox istər yaşamaq əcəb xoş olsun...
*****
Eşidin bu xalqı, duyun bu xalqı,
Qan ilə suvardıq bu torpağı biz.
Torpağı düşməndən bu millət aldı,
Şəhidlə vermişik bu sorağı biz...
*****
Haqqımız var isə Vətəndə bizim,
Dilimiz işləsin dişə sıxmayaq!..
Payımız var isə kəfəndə bizim,
Qatlanan dizləri, şişə sıxmayaq!
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam