Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

DEYİMLƏR

                                                                       

                                                                        Dərdliyəm

 Dedim, dərdliyəm.Dedilər, dərdini dərd bilənə danış.Eşitmədim onları.Başqaları kimi mən dərdimi dərd bilənə yox,gülə,çiçəyə,ağaca,daşa danışdım.Mən danışdıqca güllər,çiçəklər yavaş-yavaş soldu,ağaclar illərdir suya həsrət kimi qurudu,min illərdir yerindən tərpənməyən daşlar parım-parça oldular.Dərdimin bu qədər ağrılı,acılı olduğunu bilməmişdim. Tanrım,bu nə dərd idi, vermişdin mənə? O gülünü,çiçəyini soldurdu,ağacını qurutdu,daşını parım-parça elədi.Bəlkə indi də dərdimi sənə danışım? Bəndələrin deyirlər ki,sən dərd verəndə, onun dərmanını da verirsən.Eləsə, verdiyin dərdin dərmanını da ver. Ver ki,verdiyin ömrü sağlam yaşayım.

                                                                          Yeddinci qatda

 Rahat oturmusan göyün yeddinci qatında.Yerdən sənə qədər ucalan ah-nalələrdən xəbərin yox kimi aparırsan özünü.Haqq,ədalət,mürvət ayaqlar altına atılıb,tapdalanır belədən-belə,elədən-belə.Həqiqətin gözünə baxan yoxdur,həqiqət kor olub,ədalət ədalətliyini itirib.Nə olar,oturduğun o yeddinci qatdan bir aşağı bax və həqiqəti,ədaləti qaytar yaratdıqlarına.

                                                                            Yerin qəzəbi

 Xeyli var idi ki,yer göyə qəzəbliydi.Zaman- zaman onun suyunu buxar şəkilində əlindən alırdı.Ancaq geri qaytarmırdı.Onunsa,suya böyük ehtiyacı vardı.Böyük zəhmətlə cücərdib altından üstünə çıxardığı bitkilər susuzluqdan yanıb kül olurdu.Zəhməti puç olan torpaq göyüm-göyüm göynəyib, çat-çat olurdu.İnsafsız göy isə yerdən aldığı suyu yağış kimi yerə göndərmirdi.Narazılıq edib,irad tutanda da,qara buludsuzluqdan şikayət edirdi.Bir gün uca Tanrı göyün bəhanəsinə son qoydu.Göy üzünə sonsuz qara buludlar göndərdi.Qara buludlar ağır yükdən az qalırdı ki,yerə dəyə.Göy üstündəki ağır yükdən azad olmaq üçün dəli bir nərə çəkdi,ildırım çaxdı və güclü yağış yağmağa başladı.Yükünü boşaldan buludlar bir azdan çıxıb getdilər.Yerin sevinci hədsiz idi. Təbəssümlə,- sənə şükür yerin,göyün sahibi-dedi.                

                                                                            Nə olar

 İnsanlar,siz xəta etmisiniz,qartalın əlindən səmasını,palıdın əlindən dözümünü,çinarın əlindən ucalığını , mərdin əlindən mərdliyini almısınız.Bildinizmi,anladınızmı bunlardan sonra həyatda nə qaldı? Blmədiniz! Bilsəydiniz belə bir yaramazlığı eləməzdiniz.Qalan səmasızlıq,dözümsüzlük,alçaqlıq,namərdlik oldu.Haqqa gəlin insanlar,qartalın təmiz səmasını,palıdın dözümünü,çinarın ucalığını,mərdin mərdliyini qaytarın.Həyat açıq səmasıyla,dözümüylə,ucalığıyla,insanların mərdliyilə gözəld.İnsanlar,nə olar,heç nəyin,heç kimin haqqını əlindən alman!

                                                                              Bilmirdilər

 Bu yolun sağıyla gedənlər,soluyla gedənlər bilmirdilər bu yola baxmaqdan döyənək olmuş bir baxışı tapdalayırlar.Ana illərdi bu yolla yola salıb, arxasınca su atdığı oğlunun qayıtmasını gözləyirdi.Amma oğlunu aparan insafsız yol onu geri qaytarmırdı.Və heç vaxt da qaytarmayacaqdı,yüz il,min il keçsə belə.Ananın oğlu ölməmişdi.Şəhid olmuşdu.Şəhidlərsə yerdə yox,Tanrının yanında olurlar.

                                                                              Göz yaşımı qoydum

 Atamın anamın qəbrini ziyarət etmək üçün qəbiristanlığa getdim.Hamı kimi əlidolu güllə,çiçəklə getmədim. Bir ürək anasızlıq,atasızlıq dərdimi apardım.Sinədaşlarına nə çiçək qoydum,nə də gül.Sinə- daşlarına göz yaşlarımı səpdim,başdaşlarına öpüşlərimi qoydum.Və beləcə ata,ana ziarətim başa çatdı.

   Məhərrəm Şəmkirli.                                                  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam