Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Elə edək ki, dövlətin onurğa sütunu ÇAT verməsin...

Siyasət Meydanı - Home | Facebook

Yenixeber.org: Bəzən,  daxilimdə yaranan təlatüm məni cığırıb, bağırıb, haray salmağa məcbur edir. Niyə? Nə üçün? Nədənlər qarşısında aciz qalıram. 
Üz tutub Allaha deyirəm:
-Allahım  insanları bu qədər asi, nankor edən nədir? Bu yaşa çatmışam hələ də, bu fikrin açmasını bilmirəm. Bir insanın  istəyi nə ola bilər axı?
-Ey Yaradan:- sən yaratdığına  nələr vermədin? Artıq bu nəticəyə gəlmək olar ki, ortamda elə dəyişikliklər gedir ki, təəccüblənməyə bilmirik. Mənə belə gəlir ki,  cəmiyyətdə " iblis" ləşmə, " şeytan" laşma  prosesi gedir. İnsanların istəyi, inancı bilinmir. Sanki Allahda üz çevirib insanlardan. Bəzən, mənə elə gəlir ki, insanlar hətta " zombi" ləşib. Belə görüntü ola bilərmi ki, cəmiyyətin özü sağ görünüb, sol inkişaf esin.  İlk baxışda hər nə varsa çox şəffaf görünür. Bu şəffaflığı cəmiyyətə doğru fokuslayanda tamamilə başqa bir görüntü yaradır və öz iç üzünü qabarıq şəkildə daha da aydın göstərir. Bəlkə, əvvəldən bəlli olan bu günə bir nəzər yetirək? Elə özümdən başlamaq istərdim. Hər gün hammı kimi  məndə işə gedirəm. Bu davamiyyət məni hər gün  real olan hadisələrlə qarşılaşmağa məcbur edir. Məlumdur ki, yerin üstündə hərəkət çox olduğundan " yeraltı keçidlər" mövcuddur. Hər kəs yerin üstündə yol hərəkət qaydalarına düzgün riayyət edilsin deyə; məcburuq " piyada keçidindən" istifada edək. Sözügedən hər keçiddə hər gün  ya bir qadın, yada bir kişi dayanıb, gələnə- gedənə əl açaraq, yardım istəyir. Kimin varıdı verir, kiminsə cibinə gümanı yoxdursa uzanan əlləri geri çevirir. Əvvəllər görmüşdük ki, qaraçılar küçəbə küçə gəzib dilənirdilər. Hətta evlərə də girib cahil insanların  falına da baxaraq pul qazanardılar. Axı mövcud durumda qarşımızı kəsənlər azərbaycanlıdır. Bəzən " acam " deyib göz yaşı tökərək yalvarır. Belə acı görüntülər millətimiz adına əskiklik deyilmi?! Ağlımıza ilk gələn odur ki, Azərbaycan nefti,  qazı və digər yeraltı, yerüstü sərvətlərə sahib olan məmləkətdir. Lakin, yaddaşımızdan da, çıxara bilmərik ki, bizim " erməni" kimi mənfur düşmənimiz var. Erməni mənfurlarının havadarı " rus şovinizmi" tarixən imkan verməyib ki, Azərbaycan erməni ilə öz sərhəddini ayırsın və o murdarlara öz yerlərini göstərsinlər. Bu üzdən torpağımızı yağı düşməndən təmizləmək üçün şəhid vermək əsrlərdir alnımıza yazılıb. Nəhayət ki, bu istəyimizə illər sonra həmişə tarixdə olduğu kimi Türk qardaşlarımızın və şücaətli, mərd əsgərlərimizin bilik və bacarığı sayəsində erməni "dğa"larını   Şəhidlərimizin qanı hesabına Qarabağdan qovub çıxarara bilmişik. Dövlət düşmənlə müharibə etmək üçün hərbi xərcləri üstələdiyindən neftdən gələn maddiyyatı insanların rifahı üçün lazımi maliyyə dəstəyi ayıra bilir. Maləsəf, görən bəzi qisim kreslo sahibləri olayları anlayırmı?! Zənnimcə  həqiqəti axtarsaq, müəyyən təbəqə var ki, çox təmtəraqlı yaşayır və müharibənin gedişi heç onun simmetrik görünüşünü dəyişmir. Bu zaman paradoks fikir yaranır insanda. Bəs illərdir davam edən  müharibə vəziyyəti  belələrinə niyə təsir etmir? Bir haldaki prezident də hər müşavirə keçirəndə bu " gülbeçə" lərə qulaqburması verir. Amma və lakin, nəticə gözə görünmür?!. Nədən? Niyə? Mən bu sualın cavabını siyasi şərhçilərin öhdəsinə buraxıram. 
Dedim axı hər gün işə gedəndə maraqlı və ürək ağrıdan  hadisələrlə qarşılaşıram. Axır vaxtlar bir çox maraqlı ( heç təsadüf etmədiyim) reallıqlara şahid oluram. Yolla getdiyin zaman ac olan insan  qabağını kəsib deyir, " Acından ölürəm" sən yeyib yaşaya bilirsən, mən  niyə yox!...Məndə yaşamaq istəyirəm! Sanki belələrində belə fikir formalaşıb ki, bunların düşdüyü durumda günahkar sıravi vətəndaşdır. O, insanlara çatmır ki, axı bunlar özü də az məvaciblə yaşayan vətəndaşlardır. Dəfələrlə görmüşəm ki, küçədə ayaqüstü qəlyanaltı  yerlərinə bu insanlar  haray- həşirlə daxil olaraq pul yığmağa müvəffəq olurlar. İstəklərinə nail olmayanda isə vətəndaşa çox ağır bəddua edirlər. Haşiyə:  (Ən acısı budur ki, balaca uşaqlar da belə işlərə sövq edilir. Bu və digər məsələlər bir deyil, beş deyil. O gün olmasın ki, müəyyən səbəblər üzündən, ələlxüsusda sosial problemlərə görə insanların intihar məsələsi gündəmi zəbt etməsin) Maraqlıdır, həmin insan evdən çıxanda "bəddua"  üçünmü çıxmışdı.  (yazığın yeyib içdiyi zəhərə dönür) Niyə axı?! 
Lakin digər insanlar da var ki, küçənin gedimli - gəlimli yerində əyləşərək, başıaşağı dayanıb heç səsi çıxmır. Hiss olunur ki, necə utanır.  Fikir verəndə görürsən ki, ayağının biri yoxdur. Yaxınlaşıb soruşanda deyirlər ki, dolana bilmirəm. Xəstəm var, vəziyyətim ağırdır. Evim yoxdur. Hətta parklarda skamyalar üzərində gecələyənlərə  rəst gəlməklə yanaşı, zibil qablarını eşən insanlara da rast gəlmək mümkündür. Görənlərdən kimin insafı varsa yardım edir, pul verir, kiminki imkanı yoxdur çox peşman olur yardım edə bilmədiyi üçün.   Əlləri heç yerə çatmayanlar isə üz tuturlar Xoşqədəmlə, Zaurun proqramlarına. Azərbaycanın əsil simasını sözügüdən proqramlar işıqlandırmaqla məşğuldurlar. Əslində  durumları ürək ağrıdan insanları heç  qınamaq da olmur. Təhsilimiz ölüb, səhiyyəmiz can verir. Gənclərimiz isə başqa dövlətlərin bazarlarında meyvə - tərəvəz, göy- göyərti satmaqla məşğuldular. Maraqlansaq bilərik ki, bəlkə də hər birinin iki diplomu var. İnsanlar nəyin baş verdiyini bilmədiyindən  çaş- baş qalıblar. Dükan və bazarlarda qiymətlər isə əsəb makinəsinə dönüb. Dünən gördüyün ərzağın qiyməti səhəri gün dəyişib artımla başqa tarifə yaxınlaşır. Belə yaşamaq olar?  Beləliklə bu millətin axırı hara gedir? Belə durumlar bilirsiz insanları hansı məqama yaxınlaşdırır?!  ( atalar demiş: "ac qılınca çarpar") Yolda, müəyyən yerdə olduğun zaman günün günorta vaxtı adamın biri  qabağını kəsib varını, yoxunu əlindən alacaqdır. Belə durumda heç adamın harayına çatan da olmayacaq. Bəlkə də mövcud hadisə olaraq başıma gəlməyib. Allah bir kimsənidə belə hadisə ilə qarşılaşdırmasın. Həqiqətin bir üzü də var ki, insanların dövlətin polisinə də etibarları itib. Özümə sual edirəm:- Görən, hansı cəmiyyətdə, hansı dövrdə yaşayırıq?! Həqiqətən, Azərbaycanda vəziyyət çox acınacaqlıdır. Yuxarıda oturanlar niyə anlamırlar ki, belə durum  " sosial partlayış" a səbəb ola bilər. Elə etmək lazımdır ki, orta təbəqə itməsin. Orta təbəqənin olmaması varlı insanların daha çox nəzərə çarpmasına səbəb olur. Bu gün dövlət varsa, mövcuddursa kasıb zümrənin çiyinləri üzərində təşəkkül tapıb. Mən hələ çox situasiyaları 
qələmə almıram. Sadəcə cəmiyyəti narahat edən problemlərə toxundum. Kasıb təbəqəni əldə saxlamaq lazımdır ki, dövlətə kənardan bir müdaxilə olarsa Prezidentin arxasında həmin kasıb, yollarda əl açıb dilənən qara cammaat dayanacaq...Bu " qara cammaat" dövlətin onurğa sütunudur. Çalışın ki, bu sütun sağa - sola əyilib ÇAT verməsin...
Qarabağ yaralı yerimiz olduğu üçün Şəhidlər həmişə dilimizdə, qəlbimizdə yaşayacaqlar. Qarabaq qalibiyyəti kasıbların şücaəti nəticəsində dünyaya səs saldı. Bu üzdən bütün vətəndaşlarımız, kimliyindən asılı olmayaraq  Şəhidlərin uyuduğu torpağa belə borcluyuq. Nə qədər Azərbaycan türkü var, Şəhidlər unudulmayacaq. Qoruyaq qazilərimizi, hörmət edək ŞƏHİD ailələrinə...Biz bu gün varıq, bu gün Azərbaycan adlı dövlət varsa, Şəhid və qazilərimizə görə bu adla bərqərarıq, ayaqdayıq. UNUTMAYAQ! Allah Şəhidlərimizə rəhmət eləsin! Məqamları rahat olsun! AMİN...AMİN...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam