Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

ANAYASA BƏRABƏRLİYİMİZ VARMI?

  

Yenixeber.org:Konstitusiya və ya Anayasa-dövlətin ali qanunudur.Ali hüquqi qüvvəyə malikdir.Dövlətin siyasi,hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir.

 Ölkəmizin anayasasında hər birimizin hüquqları eynidir deyirlər.İcazənizlə mən buna o qədər də inanmayım.Maraq üçün soruşa bilərsiniz ki,niyə? Heç çəkinmədən deyərdim ki,niyəsini hamı görür və eşidir.Bir sözlə bunu  gözümüz görür,qulağımız da eşidir. Məgər gözümüz və qulağımız bizi aldadır? Yox!Bu qətiyyən ola bilməz.Qulaq da,göz də özümüzündür.Özümüz özümüzü də heç vaxt aldatmarıq.Aldatsaq bu bizim özümüzə qarşı hörmətsizliyimiz,düşmənçiliyimiz olar.

 Anayasa bərabərliyimizin olmadığını bir-bir sayım siz də baxın.Xahiş edirəm, inananlar baxsın.Məmur övladları valideyinlərini aydan arı,sudan da duru bilirlər.Onlara görə valideyinləri ən vətənpərvər,ən vicdanlı,ən dürüst olmaqla yanaşı, həmi də,haqq- ədalət sevərdirlər.Amma onlar yanılırlar.Daha bilmirlər ki,məmləkətdə ən qanunsuz işləri onların valideyinləri görür,korrupsiyanı,rüşvəti onlar yaradırlar,insanların insanlıq haqqını əllərindən onlar alırlar.

 Qanunda göstərilir ki,vəzifəli şəxslər,milli məclisin deputatları heç bir halda bizneslə məşğul ola bilməzlər.Amma əksər məmurların, deputatların geniş biznes şəbəkələri var. Əyin-boğazından kəsib beş-on manat çırpışdırıb hansısa rayona bir-iki günlük istirahətə gedirsən. Və Allah eləməmiş birdən kefin durur,sıx kölgəli bir ağacın dibinə uzanıb dincəlmək istəyirsən və əlin sakit durmayıb ağacdan bir yarpaq qoparırsan.Bu an biri başının üstünü kəsdirib əmir verir: Dur burdan! Soruşursan:Niyə? –Bəs bilmirsən burda uzanmaq olmaz.Bura filan məmurundur,tapşırıb ki,burda kimsə uzanıb istirahət etməsin. Sənsə həmi uzanıb dincəlirsən,həmi də ağacın yarpağını yolursan.Buna görə sənə cinayət işi açıla bilər.Adamın dediyinə inanırsan və suyu süzülə-süzülə durub kolluğa gedirsən.Yəni sənə aid olan yerə.

 Məmurlar və pullu “kişi”lər ölkənin istədiyi yerində istədiyi işi görə bilər.Böyük ticarət obyekti açar, ağacları qırıb göydələn tikər, qanunsuz olaraq bağları hasara ala bilər və s. və i.

 Məmur harda yaşayır yaşasın dövlət onun bütün rahatlığını təmin edir.Evinə gedən yola asvalt döşənir,yolu işıqlandırmaq üçün içıq dirəkləri basdırılır,fasiləsiz içməli suyla təmin olunur,çirkab suyunu axıtmaq üçün kanalzasiya xətti çəkilir. Bir sözlə, heç nədən şikayəti olmur.Amma sadə vətəndaşlara belə diqqət,qayğı göstərilmir.Ayrı seçkilik olur.Problemlərin həll olunması üçün vətəndaş aylarla məmur qapısına ayaq döyür,şikayəti, istəyi məmur tərəfindən qulaqardına vurulur.Və məmur bu hərəkətiylə onun rahatlığının,firəvan dolanışığının qeydinə qalan dövləti gözdən salır. Və beləcə o,sadə camaatda təmsil etdiyi məmur təbəqəsinə nifrət,qəzəb hissi yaradır.

 Vaxtıyla böyük zəhmət və əziyyət bahasına boya-başa çatdırılan ağaclar,baxçalar hansısa qudurmuş məmur tərəfindən bir gecənin içində məhv edilir və yerində göydələn,ticarət mərkəzi tikilir.Camaat elə ilk gündən həyacan təbili çalır,adiyatı orqanların rəhbərləri isə susur.İş-işdən keçəndən sonra xala xətirin qalmasın deyə şikayətçilərin gözünə kül üfürür ki,bəs deməssənmi bina tikən,ticarət mərkəzi yaradan  filankəsin əlində qara daşı dəlib keçən sənəd var.Nə eləyib, qanunla eləyib.

 Uzun illərdir ki,bir çox sahələrdə kadır islahatları aparılır.İşdən çıxarılan iribuynuzlı məmurun var-dövləti,vilaları haqqında qəzetlər,saytlar yazır,tv-lər inanılmaz kadırlar göstərirlər.Oxuyanların gözü kəlləsinə çıxır,görənlərin əli üzündə qalır.Və beləcə yıxılanın üstünə əli baltalı da,baltasız da gedir.Bu kəshakəs,ashas bir həftə,on gün davam edir.Sonra hamı sakitləşib oturur oturduğu yerində.Və təbii ki,işdən çıxarılan iribuynyzlu məmurda qulağı dinc evində.Cəzasız filansız.

 Çox vaxt deyirlər ki,biz analoqsuz bir məmləkətdə yaşayırıq.Sizləri bilmirəm,amma mən anoloqsuz ölkə olmağımıza yüz faiz inanıram.Ona görə inanıram ki,bu həqiqətdir.Yer üzünün elə bir yeri yoxdur ki,orda dənizi hasara alsınlar.Dənizi hasara almaq,zəbt eləmək ancaq bizdə mümkündür.Bu yerdə yadıma orta məktəbdə oxuduğum vaxtlar düşdü.Bir Həsən adlı fizika müəllimiz varda.Kənddə hamı ona Qazaxlı Həsən müəllim deyirdi. Həsən müəllim hər zaman dərsə başlamamışdan qabaq gülə=gülə bizdən soruşardı: Uşaqlar, bilirsiniz nə var? Hamımız xorla soruşardıq: Xeyir müəllim,bilmirik. Nə var? Müəllim də deyərdi ki,dənizdə su var.Sonralar dənizdə su olduğunu bildik və müəllim soruşanda cavını verdik. İllər keçdi,zaman gəldi orta məktəbi bitirdik və hərəmiz bir sənətin dalınca getdik.Mən ali təhsil almaq üçün Bakıya gəldim,elə ilk günlərdən Xəzərə vuruldum,hətta qırçın sularında çimdim,qızılı qumunda dincəldim.

 SSRİ adlı imperiya dağıldı və başqa “qardaş” Respublikalar kimi biz də müstəqil dövlət olduq.Öz əlimiz,öz başımız oldu.Əlimizlə özümüzün olan başımıza bir oyun açdıq ki,gəl görəsən.Sovetdən nə qalmışdı dağıtdıq,taladıq.Həttda o qədər həddimizi aşdıq ki,ümumxalq sərvəti olan dənizi hasara alıb özümüzünküləşdirdik.Bunu kimlər elədi? Aydındı ki, bu adi adamların işi deyildi.İribuynuzluların işiydi.Hasarlar bu gün elə boy verib ki,boyum çatmır ki,baxam görəm hasarın o üzündə olan dənizdə su var,ya yox.Allah sənə rəhmət eləsin Həsən müəllim,Xəzəri indi görsəydin əlin üzündə qalardı.

  Dünyanın elə bir yeri yoxdur ki,orda qanunları pozan,vəzifəsindən sui-istifadə edən şəxslər cəzasız qalsın.Çox təəssüf ki,bizdə cəzasızlıqdır və ayrı seçkilikdir.İnsanlar arasında dəyərləndirmə də,cəzalandırma da eyni olmalıdır.Bir sözlə Anayasa hüququmuz eyni olmalıdır.Yoxsa dövlətə və hökumətə inamımız ölər. İnamın ölməsi də ən böyük faciədir.

Məhərrəm Şəmkirli

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam