Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabının təqdimatı olub-FOTOLAR


Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimatı baş tutdu – FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Yenixeber.org: Təqdimat mərasimində RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub.

Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyə keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər Şəhidləri” kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

Kitabın müəllifi Yusif Məhəmmədoğlu kitab haqqında məlumat verərək bildirib ki, “İsmayıllının Zəfər Şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.

Tədbir “Niyal” instrumental ansambılının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam